Hadisə
Pleyeri seçin:

Ər və arvadın mübahisəsi qanla bitdi | Məhkum yenidən hakim qarşısında

22 may 2024

26 il əvvəl törədilmiş qətlə görə təqsirləndirilən Kərim Kərimlinin cinayət işi üzrə növbəti məhkəmə baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslə yanaşı, ibtidai istintaq zamanı dindirilən digər şəxslərin verdiyi ifadələr səsləndirilib.

Təqsirləndirilən Kərim Kərimlinin müdafiəçisi zərərçəkənin hüquqi varisinin məhkəmədə ifadə verməsi zərurəti ilə bağlı vəsatət qaldırıb. Qısa müşavirədən sonra vəkilin vəsatəti təmin olunub və növbəti məhkəmə prosesi iyunun 11-nə təyin edilib.

Qeyd edək ki, sözügedən cinayət hadisəsi 1997-ci il yanvarın 24-də Bakıda baş verib. 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın yaşadığı mənzildə meyiti aşkar edilib. İlkin araşdırmalar nəticəsində Zoyaxanım Rzayevanın aralarında yaranmış mübahisə zəminində Kərim Kərimli tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq, Daxili işlər orqanları və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən həyata keçirilmiş koordinasiyalı tədbirlər nəticəsində 26 il əvvəl törədilmiş ağır cinayətin üstünün açılması təmin edilib.

Kərim Kərimli əvvəllər də Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə həbsdə olub. O, təcridxanada cəzasını çəkdiyi müddətdə yenidən məsuliyyətə cəlb edilərək barəsində ittiham elan edilib. Kərim Kərimliyə 1 sentyabr 2000-ci il tarixə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi – xüsusi amansızlıqla qəsdən adam öldürmə və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 178.2.4 – xeyli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İlahiyyatçının qeyri-etik hərəkətlər etdiyi qızın dayısı hər şeyi danışdı

İlahiyyatçının qeyri-etik hərəkətlər etdiyi qızın dayısı hər şeyi danışdı

Hadisə
25 iyun 2024
Goranboyda dəhşətli yanğın | Hadisə yerindən görüntülər

Goranboyda dəhşətli yanğın | Hadisə yerindən görüntülər

Hadisə
25 iyun 2024
Mehriban uşaqlar idi | Qonşular Sumqayıtdakı dəhşətli hadisədən danışdı

Mehriban uşaqlar idi | Qonşular Sumqayıtdakı dəhşətli hadisədən danışdı

Hadisə
25 iyun 2024
Sumqayıtda qadınlar nədən zəhərləndi? - Şirkətdən hadisə barədə açıqlama

Sumqayıtda qadınlar nədən zəhərləndi? - Şirkətdən hadisə barədə açıqlama

Hadisə
25 iyun 2024
Narkotikləri dənizə atıb qaçmaq istədilər | DSX və DTX-dən birgə əməliyyat

Narkotikləri dənizə atıb qaçmaq istədilər | DSX və DTX-dən birgə əməliyyat

Hadisə
25 iyun 2024
Ağlı başında deyildi | Faciəvi şəkildə ölən qadının qonşusu danışdı

Ağlı başında deyildi | Faciəvi şəkildə ölən qadının qonşusu danışdı

Hadisə
25 iyun 2024
Nərimanovda 3 nəfər evdə köməksiz qaldı | FHN hərəkətə keçdi

Nərimanovda 3 nəfər evdə köməksiz qaldı | FHN hərəkətə keçdi

Hadisə
25 iyun 2024
Məşhur ilahiyyatçının 11 yaşlı qıza qeyri-etik hərəkətləri kameraya düşdü

Məşhur ilahiyyatçının 11 yaşlı qıza qeyri-etik hərəkətləri kameraya düşdü

Hadisə
25 iyun 2024
Neftçalada dəhşətli hadisə | Gənc oğlan Kürdə batdı

Neftçalada dəhşətli hadisə | Gənc oğlan Kürdə batdı

Hadisə
25 iyun 2024
Daşkəsən icra hakimiyyətində əməliyyat | Saxlanılanlar var

Daşkəsən icra hakimiyyətində əməliyyat | Saxlanılanlar var

Hadisə
25 iyun 2024
Seçilmişlər
icon