Pleyeri seçin:

Evlənmək məqsədilə birlikdə yaşayıblar | Tapılan yeniyetmələrin valideynləri Baku TV-də danışdı

27 aprel 2025 653 baxış

Aprelin 16-da paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində itkin düşən yeniyetmə qızlar tapılıb.

Tapılan yeniyetmələrdən birinin xalasının sözlərinə görə, qızlar Maştağa ərazisində yaşayan bir qadının evində aşkarlanıb.

Xala bildirib ki, qızlardan biri həmin qadının oğlu ilə evlənmək məqsədilə onun evində yaşayıb:

“Qızlar 10 gün ərzində orada qalıblar. Evdə iki oğlan, üç qız olub”.

O qeyd edib ki, uşaqla danışan zaman yeniyetmə ona yalvararaq “xala, məni buradan apar” deyib:

“Qızlardan biri oğlanla sevgili olub və onun evinə gedib, digər qız isə qorxusundan ona qoşulub”.

Xalanın sözlərinə görə, qızlar valideynlərindən gizlin telefon istifadə etdikləri üçün belə bir addım atıblar.

Digər qızın anası isə bu iddiaları təkzib edib. O bildirib ki, qızının dilindən eşitmədiyi sözlərə inanmaq istəmir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarış aparılan iki yeniyetmə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar:

“Hazırda onların qaçma səbəbləri və digər təfərrüatlar araşdırılır. Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarış aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü məsuliyyətə cəlb edilib. Araşdırma DİN-in nəzarətinə götürülüb”.

Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Hadisə
09 avqust 2026 653 baxış
Xətai rayonunda dəhşətli yanğın | FHN qüvvələri hadisə yerində - Baku TV CANLI

Xətai rayonunda dəhşətli yanğın | FHN qüvvələri hadisə yerində - Baku TV CANLI

Hadisə
09 avqust 2026 653 baxış
Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI

Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI

Hadisə
09 avqust 2026 653 baxış
Qalmaqallı prosesin detalları | Səfərbərlik Xidmətinin əməkdaşları nədə ittiham olunurlar? - Baku TV

Qalmaqallı prosesin detalları | Səfərbərlik Xidmətinin əməkdaşları nədə ittiham olunurlar? - Baku TV

Hadisə
09 avqust 2026 653 baxış
Toy mahnısı ilə əməliyyat edən həkimə görə təcili tədbir | Baku TV çəkdi, nazirlik hərəkətə keçdi

Toy mahnısı ilə əməliyyat edən həkimə görə təcili tədbir | Baku TV çəkdi, nazirlik hərəkətə keçdi

Hadisə
08 avqust 2026 653 baxış
Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Hadisə
08 avqust 2026 653 baxış
İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

Hadisə
08 avqust 2026 653 baxış
Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Hadisə
08 avqust 2026 653 baxış
Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Hadisə
08 avqust 2026 653 baxış
Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Hadisə
07 avqust 2026 653 baxış
Seçilmişlər
icon