Hadisə
Pleyeri seçin:
Əvvəl "tok" vurdu, sonra da... | Lənkəranda faciəvi hadisənin anbaan görüntüləri
Lənkəranda bədbəxt hadisə baş verib. Hadisə rayonun Gərmətük kəndi ərazisində qeydə alınıb.
Rayonun Mamusta kənd sakini 32 yaşlı Cəmil Həsənov internet xətti çəkərkən yüksək gərginlikli elektrik xətlərinə toxunub. Bu zaman onu cərəyan vuraraq yerə çırpıb.
Huşsuz vəziyyətdə olan Cəmil Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona ilkin tibbi yardım göstərməyə çalışsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
Seçilmişlər