FHN-dən açıqlama | Bakıda yataqxanadakı yanğın barədə təfərrüatlar
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yataqxanada baş verən yanğının təfərrüatı məlum olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat sektorunun rəisi, daxili xidmət baş leytenantı Əlibala Əlizadə jurnalistlərə açıqlamasında deyib ki, bu gün saat 09:19-da FHN-in “Qaynar xətti”nə Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küçəsi 151 ünvanında yerləşən beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsində yanğın baş verməsi haqqında məlumat daxil olub. O bildirib ki, 3 dəqiqə ərzində qüvvələr hadisə yerinə çatıb:
"Yanğın yerinin kəşfiyyatı aparılan zaman məlum olub ki, birinci mərtəbədə yerləşən 12 kvadratmetrlik mənzil əşyaları ilə birlikdə və 24 p.m elektrik naqilləri yanıb. 45 nəfər vətəndaş hadisə yerindən təxliyə olunub. Qatı tüstülənmə yanğındansöndürənlərin işinə mane olmasına baxmayaraq, yanğın qısa müddətdə söndürülüb".
#Yataqxana binası teqi istifadə olunub
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Sumqayıtda yataqxana yandı | FHN hadisə yerində
- Belə zülm olar? | Acınacaqlı şəraitdə yaşayan yataqxana sakinlərinin şikayəti
- Bakıda yataqxana yandı | Şahidlər baş verənləri Baku TV-yə danışdı
