Pleyeri seçin:

Gəlininə tamah salan qəssab qayınata oğlunu necə aradan götürdü? | SONUNCU ŞAHİD

18 oktyabr 2024 256 baxış

Gəlinini əldə etmək üçün oğlunun həyatına son qoydu.

Vahid oğlu Nicat və gəlini Gülnarla səhər yeməyi yeyirdi. Lakin bu xoşbəxt ailə tablosunun arxasında gizli bir məqam var idi ki, o da Vahidlə gəlini arasında olan münasibət idi.

Vahid öz dükanında ət kəsir, satışa hazırlayır və vitrinə yığırdı. Oğlu Nicat isə əsasən heyvanların təmizlənməsi və yemlənməsi ilə məşğul olurdu.

Vahid günorta oğluna şəhərə gedəcəyini deyir və tapşırır ki, o, xəbər edənədək dükanda qalsın.

O, mağazaya gəlir, çips alır və dərhal yaşadığı mənzilə yollanır. Gülnar gülümsəyərək qapını açır. O, qayınatası ilə qonaq otağına keçir. Vahid Gülnarla birlikdə keçirdiyi vaxtdan bacardığı qədər istifadə edir.

Nicat işdən sonra həyat yoldaşı Gülnarla divanda əyləşərək telefonda əyləncəli verilişə baxır, söhbət edirlər. Onların mehribanlığına şahid olan Vahid Gülnarı düşünür və qısqanclıq hiss etməyə başlayır.

Vahid axşam yuxudan oyanır, əl-üzünü yuyur, güzgüdə özünə baxaraq nə etdiyini düşünür. Bu vaxt o, Gülnarı görür. Nicatın yatmağından istifadə edərək onunla intim münasibətə başlayır.

Vahid oğlu Nicatla kafelərin birində oturaraq xaricə getmək haqqında söhbət açır. O, oğluna “Sən burada pul qazanıb ailəni dolandıra bilməyəcəksən, sənin üçün hər şeyi təşkil edəcəyəm. Get, xarici ölkədə pul qazan, biznesə başla, sonra qayıt. Heç nəyə görə də narahat olma” deyir.

Nicat isə heç bir halda xaricə getməyəcəyini və tezliklə Gülnarla kirayə evə köçəcəklərini söyləyir. Bu sözlər Vahidi dəli edir.

Beləliklə, o, yolda gedərkən nə edəcəyini düşünür. Vahid birbaşa Gülnarla danışmaq qərarına gəlir. Onlar mənzilin mətbəxində gizli söhbət edirlər. Gülnar qayınatasının planına etiraz etsə də, Vahid onu sakitləşdirməyə çalışır, qucaqlayır və Gülnara yataq otağına keçməsini tapşırır.

Vahid əlində kəsici alətlə yataq otağına daxil olur və oğlunun başına ard-arda zərbələr endirərək onu qətlə yetirir. Daha sonra gəlini Gülnarla birlikdə Nicatın meyitini evin həyətinə çıxarırlar.

Onlar hər kəsə Nicatın xaricə getdiyini deyirlər. Beləliklə, bu cinayətin üstü 10 il açılmır. 

2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

Hadisə
20 dekabr 2025 256 baxış
“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

Hadisə
19 dekabr 2025 256 baxış
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Hadisə
19 dekabr 2025 256 baxış
Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Hadisə
19 dekabr 2025 256 baxış
“Gördüm ki, cırmaqlayır, 2 dəqiqəyə öldü” | 22 yaşlı gəncin faciəvi sonu - Baku TV

“Gördüm ki, cırmaqlayır, 2 dəqiqəyə öldü” | 22 yaşlı gəncin faciəvi sonu - Baku TV

Hadisə
19 dekabr 2025 256 baxış
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı | FHN görüntülər yaydı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı | FHN görüntülər yaydı - Baku TV

Hadisə
19 dekabr 2025 256 baxış
Dəhşət yaşayan hadisə şahidləri danışdı | Sumqayıtda restoranı alov bürüdü - Baku TV

Dəhşət yaşayan hadisə şahidləri danışdı | Sumqayıtda restoranı alov bürüdü - Baku TV

Hadisə
19 dekabr 2025 256 baxış
Naxçıvanda dəhşətli hadisə | Ahıl qadın xəsarət aldı - Baku TV

Naxçıvanda dəhşətli hadisə | Ahıl qadın xəsarət aldı - Baku TV

Hadisə
18 dekabr 2025 256 baxış
“Dedi ki, barışmaq istəyirəm, uşaqlar...” | 3 uşaq anasının qətli ilə bağlı şok detallar - Baku TV

“Dedi ki, barışmaq istəyirəm, uşaqlar...” | 3 uşaq anasının qətli ilə bağlı şok detallar - Baku TV

Hadisə
18 dekabr 2025 256 baxış
"Ən ağır cəza verilsin!” | Amansızlıqla öldürülən 3 uşaq anasının yaxınları fəryad etdi - Baku TV

"Ən ağır cəza verilsin!” | Amansızlıqla öldürülən 3 uşaq anasının yaxınları fəryad etdi - Baku TV

Hadisə
18 dekabr 2025 256 baxış
Seçilmişlər
icon