Pleyeri seçin:

Gəncədə korrupsiya əməliyyatı | Vəzifəli şəxslərin əməlləri ifşa olundu

03 may 2024 583 baxış

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat-istintaq tədbirləri ilə Vidadi Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə edib Məhəbbət Abdullayev və digərləri ilə qabaqcadan əlbir olaraq faktiki işə gəlməyərək heç bir əmək funksiyasını yerinə yetirməyən çoxsaylı işçinin əməkhaqqı kartlarını özündə saxlaması və həmin kart hesablarına 2021-2024-cü illərdə köçürülmüş ümumilikdə 364 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılan axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.

İlkin sübutlar əsasında Məhəbbət Abdullayev və Vidadi Hüseynov təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Məhəbbət Abdullayev və Vidadi Hüseynovun barəsində ev dustaqlağı növündə qətimkan tədbiri seçilib.

Məhəbbət Abdullayevin barəsində seçilmiş ev dustaqlığının həbslə əvəz edilməsi üçün qərardan apellyasiya protesti verilib.

#Gəncə Şəhər Birləşmiş Xəstəxanası teqi istifadə olunub

Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV CANLI

Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV CANLI

Hadisə
21 dekabr 2025 583 baxış
Sumqayıtda dəhşətli hadisə | Sürücü hər şeyi anbaan danışdı - Baku TV

Sumqayıtda dəhşətli hadisə | Sürücü hər şeyi anbaan danışdı - Baku TV

Hadisə
20 dekabr 2025 583 baxış
Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Hadisə
20 dekabr 2025 583 baxış
Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Hadisə
20 dekabr 2025 583 baxış
Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Hadisə
20 dekabr 2025 583 baxış
Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat - Baku TV CANLI

Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat - Baku TV CANLI

Hadisə
20 dekabr 2025 583 baxış
2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

Hadisə
20 dekabr 2025 583 baxış
“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

Hadisə
19 dekabr 2025 583 baxış
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Hadisə
19 dekabr 2025 583 baxış
Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Hadisə
19 dekabr 2025 583 baxış
Seçilmişlər
icon