“Göytəpə” sərhədində silahlı insident yaşandı | Atəş açan şəxslə bağlı təcili açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət sərhədini pozan mütəşəkkil cinayətkar dəstənin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində qanunsuz keçməsi müşahidə edilib.
“Dayan” əmri verilərək sərhəd pozucuları təqib olunub. Lakin onlar silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar. Sərhəd pozucularından biri zərərsizləşdirilib, biri saxlanılıb, digər qaçaqmalçı isə havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İran ərazisinə qaçmağa nail olub.
Əraziyə baxış keçirilərkən “Vinçester” tipli tüfəng, gecəgörmə cihazı, patron gilizləri və 3 ədəd böyük bağlamada ümumi çəkisi 32 kiloqram 400 qram olan narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Baş vermiş hadisə barədə İran tərəfi sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
#Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- 1 uçuş aparatı, 21 kiloqram narkotik və 4 min psixotrop həb | Sərhəddə əməliyyatın detalları
- "Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR
- Dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb - ANA XƏBƏR
- DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI
- Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI
