Pleyeri seçin:
Gürcüstanda ər keçmiş arvadını ailəsi ilə birlikdə atəşə tutub
Gürcüstanda Azərbaycanlıların kompakt yaşadıqları Saqareco rayonunda dəhşətli qətl hadisəsi baş verib. Silahlı şəxs Cəfərovlar ailəsinə gələrək evdə olan sakinləri atəşə tutub.
Hadisəni törədən Yaqub Xeyirxəbərov Saqareco rayonunun Tüllər kənd sakinidir. O, 6 ay əvvəl boşandığı arvadının yeni ailə həyatı qurduğu Yaşar Cəfərovun evinə gələrək onlara atəş açıb. Bu zaman Yaşar Cəfərov aldığı çoxsaylı güllə yarasından yerindəcə dünyasını dəyişib. Onun həyat yoldaşı isə yaralanıb.
Şübhəli şəxsin axtarışları Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Gürcüstan teqi istifadə olunub
- Avropa İttifaqı Gürcüstana şərt qoydu
- Hökumətlərimiz arasında olduqca yaxşı münasibətlər qurulub | İrakli Kobaxidze - Baku TV
- Kavelaşvilidən ölkəsinin gələcəyi ilə bağlı açıqlamalar
- Gürcü politoloqlar mövcud vəziyyəti Baku TV-yə şərh etdi - Baku TV
- Gürcüstana gedən xarici vətəndaşlardan yeni sənəd tələb olunacaq - Baku TV
