Pleyeri seçin:
Hasar uçaraq avtomobilləri yararsız vəziyyətə saldı | Dəyən ziyanı kim ödəyəcək? - Baku TV
Bir neçə gün əvvəl paytaxt ərazisinə yağan aramsız yağışlar Nərimanov rayonu, Malik Məmmədov küçəsində yaşayan sakinlərə zərər vurub.
Bəzi evlərə ciddi ziyan dəyib, bir neçə avtomobil demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb.
Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, heç bir cavab almayıblar.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin binasının hasarı uçaraq mənim evimə də ziyan vurub. Yağışlı havalarda divarda çatlar əmələ gəlir və həmin çatlardan sular evin içinə daxil olur”, – sakinlərdən biri qeyd edib.
Başqa bir sakin isə bildirib:
“Təxminən 10 saniyə gec gəlsəydim, divar mənim üstünə düşəcəkdi, necə ki, bu maşınların üstünə düşüb”.
Kopyalandı
#Nərimanov rayonu teqi istifadə olunub
- Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT
- Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV
- Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV
- Boru partladı, küçə suya qərq oldu | Su borusu bir həftədir təmir edilmir? - Baku TV
- Piyadaların hərəkətində çətinliklər yarandı
