Pleyeri seçin:
Hərbi hissə komandiri nədə ittiham olunur? | İstintaq davam edir
Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu barəsində Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə ittiham elan olunub.
Bu barədə hərbi prokurorun böyük köməkçisi Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
O bildirib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
Kopyalandı
#Naxçıvan teqi istifadə olunub
- Naxçıvanda dəhşətli hadisə | Ahıl qadın xəsarət aldı - Baku TV
- Naxçıvanda dəm qazından zəhərlənən qadınlar xəstəxanaya yerləşdirildi - Baku TV
- Naxçıvan DİN-dən "uşaq oğrusu" ilə bağlı yayılan görüntülər barədə açıqlama - Baku TV
- Naxçıvanda yenidənqurma prosesi | ADY-dən sərhəddə görülən işlər barədə açıqlama- Baku TV
- Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində tikintiyə başlanıldı - Baku TV CANLI
