Hadisə
Pleyeri seçin:

İdmançı ərini qətlə yetirən qadın haqda məhkəmə qərarını açıqladı

22 iyun 2024

“Sərhədçi” idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən yekun prosesdə prokuror çıxış edərək keçirilmiş ekspertiza rəyləri ilə Əfsanə Qalabəylinin cinayəti anlaqsız vəziyyətdə törətdiyini bildirib.

Hadisədən sonra onda psixi pozuntu yarandığı təsdiq edildiyini vurğulayan prokuror bu səbəbdən də məhkəməyə müttəhimin cəzadan azad edilməklə barəsində məcburi tibbi xarakterli tədbirlərin görülməsi üçün ixtisaslaşmış psixatriya stiasionarında müalicə tətbiq edilməsini təklif edib.

Hakim heyəti müşavirədən sonra hökmü elan edib. Qərara görə, Əfsanə Qalabəyli cinayəti anlaqsız vəziyyətdə törətdiyindən və hazırda psixi problemləri olduğundan cinayət məsuliyyətindən və cəzadan azad edilib. Qərar qanuni qüvvəyə mindikdən sonra müttəhim barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə tətbiq ediləcək.

Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabrında Xətai rayonu ərazisində qeydə alınıb. Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşı Nurani Qalabəylini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə ittiham verilib.

Saray qəsəbəsində görün nələr aşkarlandı | FHN-dən görüntülər

Saray qəsəbəsində görün nələr aşkarlandı | FHN-dən görüntülər

Hadisə
28 sentyabr 2024
Sumqayıtda qorxulu yanğının baş verdiyi yerdən görüntülər | FHN hadisə yerində

Sumqayıtda qorxulu yanğının baş verdiyi yerdən görüntülər | FHN hadisə yerində

Hadisə
28 sentyabr 2024
Bakıda dəhşət | Sexdəki güclü yanğının təfərrüatı

Bakıda dəhşət | Sexdəki güclü yanğının təfərrüatı

Hadisə
28 sentyabr 2024
Göygöldə dəhşət | Polislərin narkotik şübhəsi ilə gəldikləri evdə görün nələr ortaya çıxdı

Göygöldə dəhşət | Polislərin narkotik şübhəsi ilə gəldikləri evdə görün nələr ortaya çıxdı

Hadisə
28 sentyabr 2024
Daşkəsənin hərbi komissarı mayor Anar Əsgərov saxlanıldı

Daşkəsənin hərbi komissarı mayor Anar Əsgərov saxlanıldı

Hadisə
28 sentyabr 2024
Polkovnik Seymur Qurbanov nədə ittiham edilir? | Hərbi Prokurorluq məlumat yaydı

Polkovnik Seymur Qurbanov nədə ittiham edilir? | Hərbi Prokurorluq məlumat yaydı

Hadisə
27 sentyabr 2024
Xətaidə boya sexindəki yanğınla bağlı təfərrüatlar | Obyekt sahibi nə dedi?

Xətaidə boya sexindəki yanğınla bağlı təfərrüatlar | Obyekt sahibi nə dedi?

Hadisə
27 sentyabr 2024
Bakının 8 Noyabr prospektində baş verən güclü yanğından ən son görüntülər

Bakının 8 Noyabr prospektində baş verən güclü yanğından ən son görüntülər

Hadisə
27 sentyabr 2024
Xətaidə baş verən güclü yanğın tam söndürüldü | FHN-dən görüntülər

Xətaidə baş verən güclü yanğın tam söndürüldü | FHN-dən görüntülər

Hadisə
27 sentyabr 2024
Yanğının söndürülməsi işləri tamamlanır | Xətaidə son durum

Yanğının söndürülməsi işləri tamamlanır | Xətaidə son durum

Hadisə
27 sentyabr 2024
Seçilmişlər
icon