Göygöldə dəhşət | Polislərin narkotik şübhəsi ilə gəldikləri evdə görün nələr ortaya çıxdı
Göygöldə iki yaşlı uşağa atalığı tərəfindən ağır xəsarətlər yetirilib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində Göygöl şəhərində yaşayan Şirin Qasımovun evinə baxış keçiriblər:
“Bu zaman onun kultivasiya etdiyi narkotik vasitə aşkar edilərək götürülüb. Bundan başqa, onun qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı qızına qarşı zorakılıq əməlləri törətməsi də müəyyən edilib. Polis dərhal müvafiq tədbirlər həyata keçirib. Azyaşlı polis tərəfindən xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar davam etdirilir”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, azyaşlının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də nəzarətə götürülüb. Komitənin Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən insidentlə bağlı müvafiq tədbirlər görülür.
#Göygöl teqi istifadə olunub
- Göygöldə qandonduran qətl | İki uşaq anası qısqanclığa görə qətlə yetirildi? - Baku TV
- Göygöldə keçirilən III Moruq Festivalından maraqlı anlar - Baku TV
- Göygöl rayonunda III Moruq Festivalı təşkil olunub | Sərgidə nələr nümayiş edildi? - Baku TV
- "Camaat nə qədər taksiyə pul versin?!" - Əhali narazıdır | "6-dan sonra avtobus tapılmır" - Baku TV
- “Çox təhlükəlidir” | 5 kəndi rayon mərkəzi ilə birləşdirən körpü hər an uça bilər - Baku TV
