Pleyeri seçin:

İki əmioğluya da gəlin olan qız və sevgilisinin dəhşətli sonu - SONUNCU ŞAHİD

02 fevral 2024 381 baxış

Əmisi oğlunun həyat yoldaşını qaçırdı, əmisi tərəfindən qətlə yetirildi.

Belə ki, Fərid və Hicranın (Adlar şərtidir) sevgisi kənddə başlamışdı. Hicran Fəridin əmisinin gəlini idi.

Onlar xoşbəxt olmaq üçün Bakıya qaçmışdılar. Amma Fərid əmisi Bərxudarın kabusunu görürdü.

Hicranla Fərid elə Bakıya gəldikləri gün şəhərətrafı qəsəbələrin birində makler vasitəsilə kirayə ev tapır. Hicran ev işləri ilə məşğul olur, Fərid isə televizor izləyir, amma həm də arabir ona gələn telefon zənglərinə baxır, cavab vermir, Hicrana bu barədə deməsə də, həyəcan keçirir.

Növbəti günün səhəri zənglər dayansa da, Hicran və Fərid kənddəki valideynlərinin başına qorxulu nələrsə gəlməsi ehtimalı barədə söhbət edirlər. Hicran anası ilə danışmaq istədiyini desə də, Fərid hələ ki gözləmək lazım olduğunu deyir və elə bu vaxt sanki Bərxudarın kabusunun onlara baxdığı gözünə görünür.

Dərhal ayağa qalxır, Hicran da təşviş keçirir. Fərid həyətdə heç kimin olmadığını görüb, özünü və onu sakitləşdirir.

Onların maddi vəziyyətləri də getdikcə pisləşirdi. Hicran Fəridə iş tapmaq lazım olduğunu deyir. Fərid isə iş axtaracağına söz verir. Bərxudar onların arxasınca yaşadıqları qəsəbəyə qədər gəlib çıxmışdı. Mağazadan ərzaq alıb evə qayıdarkən Fərid və Hicranı görən Bərxudar onları kirayə qaldıqları evin qarşısına qədər izləyir.

Gələnin kim olduğunu düşünmədən qapını açan Hicran qəfildən ona tərəf silah tuşlayan Bərxudarı görür. Bərxudar Hicranın ağzını əli ilə bağlayaraq içəri aparır. Qonaq otağında divanda oturan Fərid qəfil yerindən dik atılaraq qorxu içində nə edəcəyini bilmir.

Bərxudar səslərini çıxardıqları an onları öldürəcəyini deyir və hər ikisinə də tapşırır ki, dərhal çölə çıxsınlar. Bərxudar silah gücünə Fərid və Hicranı özü ilə avtomobilə oturdur və sürücüyə deyir ki, birbaşa kəndə sürsün. Daha sonra Bərxudar avtomobili kəndə gedən yolun kənarındakı ərazidə saxlatdırır və oradaca Fəridi qətlə yetirir.

87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

Hadisə
21 dekabr 2025 381 baxış
“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

Hadisə
21 dekabr 2025 381 baxış
Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Hadisə
21 dekabr 2025 381 baxış
Dərmanların qanunsuz keçirilməsinin qarşısı alındı | Balakən Gömrük İdarəsində əməliyyat - Baku TV

Dərmanların qanunsuz keçirilməsinin qarşısı alındı | Balakən Gömrük İdarəsində əməliyyat - Baku TV

Hadisə
21 dekabr 2025 381 baxış
Naxçıvan hava limanında sərnişinlərin əşyalarını oğurlayan şəxslər ifşa olundu - Baku TV

Naxçıvan hava limanında sərnişinlərin əşyalarını oğurlayan şəxslər ifşa olundu - Baku TV

Hadisə
21 dekabr 2025 381 baxış
FHN Maştağada baş verən yanğını nəzarətə aldı - Baku TV

FHN Maştağada baş verən yanğını nəzarətə aldı - Baku TV

Hadisə
21 dekabr 2025 381 baxış
Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV

Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV

Hadisə
21 dekabr 2025 381 baxış
Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV CANLI

Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV CANLI

Hadisə
21 dekabr 2025 381 baxış
Sumqayıtda dəhşətli hadisə | Sürücü hər şeyi anbaan danışdı - Baku TV

Sumqayıtda dəhşətli hadisə | Sürücü hər şeyi anbaan danışdı - Baku TV

Hadisə
20 dekabr 2025 381 baxış
Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Hadisə
20 dekabr 2025 381 baxış
Seçilmişlər
icon