Pleyeri seçin:

İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxsin sonu | DİN-dən təcili əməliyyat

23 iyul 2025 313 baxış

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi vətəndaşların onlayn dövlət xidmətlərindən yararlanmaq üçün ən çox istifadə etdikləri sistemlərin məlumat bazalarına edilən kiberhücumlara qarşı xüsusi əməliyyat keçirib.

Bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı kompüter sistemlərinə qanunsuz müdaxilə etməklə vətəndaşlara məxsus fərdi məlumatları əldə edən Bakı şəhər sakini Hüseyn Məhərrəmov müəyyən edilərək saxlanılıb.

H.Məhərrəmov internet üzərindən xarici ölkə vətəndaşlarından ibarət kibercinayətkar dəstələrlə əlaqələr yaradıb, onlar vasitəsilə Azərbaycan vətəndaşlarının fərdi məlumatlarının qorunduğu sistemlərin şifrələrini əldə edib mühafizə tədbirlərini pozmaqla həmin serverlərə daxil olub.

Daha sonra isə o, "Telegram" və digər sosial şəbəkələrdə yaratdığı anonim səhifələr vasitəsilə şəxsi məlumatları satışa çıxarıb. H.Məhərrəmov sosial şəbəkələrdə bir neçə nüfuzlu şəxsin fərdi məlumatlarını da paylaşaraq istənilən vətəndaş barədə informasiyanı pul müqabilində sata biləcəyi barədə reklam xarakterli elanlar da yerləşdirib. Bu şəxsin kibercinayət əməlləri ifşa olunduqdan sonra onun topladığı fərdi məlumatlar və müvafiq onlayn informasiya sistemlərinə qanunsuz girişi Baş İdarə əməkdaşları tərəfindən aradan qaldırılıb.

Əldə edilən elektron sübutların ekspertizası nəticəsində H.Məhərrəmovun kompüter sistemlərinə qanunsuz müdaxilə etmə faktı bir daha təsdiqlənib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. H.Məhərrəmov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaq aparılıb və cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

H.Məhərrəmovla əlbir olan və xarici ölkələrdə gizlənən şəxslərin də saxlanılması istiqamətində həmin dövlətlərin polis qurumları ilə birgə əməliyyat-texniki tədbirlər davam etdirilir.

Ana və oğluna qarşı narkotik tələsi quran iş adamı ifşa olundu

Ana və oğluna qarşı narkotik tələsi quran iş adamı ifşa olundu

Hadisə
30 yanvar 2026 313 baxış
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və 2 əməkdaşı niyə tutuldu?

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və 2 əməkdaşı niyə tutuldu?

Hadisə
30 yanvar 2026 313 baxış
Çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi | Sakinlər təxliyə edildi

Çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi | Sakinlər təxliyə edildi

Hadisə
30 yanvar 2026 313 baxış
Bərdə sakininin işlədiyi mağazada meyiti tapıldı - Baku TV

Bərdə sakininin işlədiyi mağazada meyiti tapıldı - Baku TV

Hadisə
30 yanvar 2026 313 baxış
Abşeron Gənclər şəhərciyində çoxmərtəbəli yaşayış binasında yanğın olub - Baku TV

Abşeron Gənclər şəhərciyində çoxmərtəbəli yaşayış binasında yanğın olub - Baku TV

Hadisə
30 yanvar 2026 313 baxış
Həyat yoldaşının qətlində təqsirləndirilənə ağır cəza - Baku TV

Həyat yoldaşının qətlində təqsirləndirilənə ağır cəza - Baku TV

Hadisə
29 yanvar 2026 313 baxış
"TikTok"da söyüş söyən musiqiçi həbs olundu - 24 SAAT

"TikTok"da söyüş söyən musiqiçi həbs olundu - 24 SAAT

Hadisə
29 yanvar 2026 313 baxış
Sumqayıtda faciə: 71 yaşlı kişi dəm qazından həyatını itirdi - Baku TV

Sumqayıtda faciə: 71 yaşlı kişi dəm qazından həyatını itirdi - Baku TV

Hadisə
29 yanvar 2026 313 baxış
Masallıda sahələri su altında qalan fermerlər çətinliklə üzləşib - Baku TV

Masallıda sahələri su altında qalan fermerlər çətinliklə üzləşib - Baku TV

Hadisə
28 yanvar 2026 313 baxış
Gənc qızı aldadaraq pulunu ələ keçirən falçı ifşa edildi - ANA XƏBƏR

Gənc qızı aldadaraq pulunu ələ keçirən falçı ifşa edildi - ANA XƏBƏR

Hadisə
28 yanvar 2026 313 baxış
Seçilmişlər
icon