İranla sərhəddə əməliyyat keçirildi | DSX-dən təcili məlumat
Sərhədçilər İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısını alıblar.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 19-da saat 03:30-da Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə 3 naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib.
Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayıb, havanın qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar. Aparılan axtarış tədbirləri nəticəsində ərazidən ümumi çəkisi 15 kq 600 qram narkotik vasitə marixuana, 30 ədəd “ProstaHealth” və 1000 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M-40 həbləri aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
#İran teqi istifadə olunub
- Hörmüzlə bağlı yeni detal | Tehran boğazın açılması məsələsinə aydınlıq gətirdi - Baku TV CANLI
- Estoniya Bakıda səfirlik açacaq | ABŞ İranı hansı yollarla cəzalandıracaq? - YENİ BİR SƏHƏR
- İrandan Almaniyaya gedən yük maşını Naxçıvanda saxlanıldı - Baku TV CANLI
- Tehran boğazda gəmiçiliyin bərpası barədə yayılan məlumatları təkzib edib - Baku TV CANLI
- İran izi əsas versiya kimi qiymətləndirilir
