Pleyeri seçin:

İş adamının qohumu nədə ittiham olunur? | Detallar üzə çıxdı

12 avqust 2024 513 baxış

Avqustun 7-də Bakının Xəzər rayonunda güllələnərək qətlə yetirilən iş adamı Amin Xudaverdiyevin qardaşı oğlu Cavidan Xudaverdiyev inzibati həbs olunub.

1988-ci il təvəllüdlü paytaxt sakini Cavidan Xudaverdiyevin saxlanılmasına səbəb isə onun əmisinin qətlə yetirildiyi yerdə meyitə yaxınlaşmaq istəməsi olub. Buna mane olan polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən Cavidan Xudaverdiyev ünvansız söyüşlər işlədib.

Buna görə də o, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə gətirilərək barəsində protokol tərtib olunmaqla rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin polisin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə 30 günlük inzibati həbs qərarı çıxarılıb.

Qeyd edək ki, qətlə yetirilən Amin Xudaverdiyevin biznes fəaliyyəti ilə məşğul olduğu, yaşadığı Mərdəkan qəsəbəsində və ətraf ərazilərdə nüfuz sahibi kimi tanındığı bildirilir. Onu qətlə yetirməkdə şübhəli bilinən həmyerlisi Ruhulla Abdullazadə saxlanılaraq istintaqa cəlb olunub.

Onun barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hadisənin qisasçılıq zəminində törədilməsi bildirilir.

Ahılları hədəf seçib, kartdakı pulları ələ keçirdi - ANA XƏBƏR

Ahılları hədəf seçib, kartdakı pulları ələ keçirdi - ANA XƏBƏR

Hadisə
26 sentyabr 2026 513 baxış
Astara gömrük postunda əməliyyat keçirildi | Yük maşını saxlanıldı - Baku TV CANLI

Astara gömrük postunda əməliyyat keçirildi | Yük maşını saxlanıldı - Baku TV CANLI

Hadisə
26 sentyabr 2026 513 baxış
Üç qurum Laçındakı mina partlayışı barədə birgə məlumat yaydı - Baku TV CANLI

Üç qurum Laçındakı mina partlayışı barədə birgə məlumat yaydı - Baku TV CANLI

Hadisə
26 sentyabr 2026 513 baxış
Rusiyada törədilən ağır cinayət üzrə iki Azərbaycan vətəndaşına hökm oxundu - Baku TV

Rusiyada törədilən ağır cinayət üzrə iki Azərbaycan vətəndaşına hökm oxundu - Baku TV

Hadisə
25 sentyabr 2026 513 baxış
NZS-də yanğın | Təkər tullantılarının toplandığı sahəni alov bürüdü - Baku TV

NZS-də yanğın | Təkər tullantılarının toplandığı sahəni alov bürüdü - Baku TV

Hadisə
25 sentyabr 2026 513 baxış
Dəhşətli cinayət | Qətlə yetirilən şəxsin meyiti başqa rayondan tapıldı - Baku TV

Dəhşətli cinayət | Qətlə yetirilən şəxsin meyiti başqa rayondan tapıldı - Baku TV

Hadisə
25 sentyabr 2026 513 baxış
Yevlaxın Aran qəsəbəsində 53 yaşlı sakinin meyiti su arxında tapıldı - Baku TV CANLI

Yevlaxın Aran qəsəbəsində 53 yaşlı sakinin meyiti su arxında tapıldı - Baku TV CANLI

Hadisə
25 sentyabr 2026 513 baxış
Qusarda tapılan qadın meyiti ilə bağlı hansı təfərrüatlar üzə çıxıb? - ANA XƏBƏR

Qusarda tapılan qadın meyiti ilə bağlı hansı təfərrüatlar üzə çıxıb? - ANA XƏBƏR

Hadisə
25 sentyabr 2026 513 baxış
Tələbə yoldaşının toyuna gedən İlkin niyə qətlə yetirildi? - Baku TV CANLI

Tələbə yoldaşının toyuna gedən İlkin niyə qətlə yetirildi? - Baku TV CANLI

Hadisə
25 sentyabr 2026 513 baxış
Uşaq xəstəxanalıq oldu, ana isə dedi ki... | Lənkəranda dəhşətə gətirən hadisə - Baku TV

Uşaq xəstəxanalıq oldu, ana isə dedi ki... | Lənkəranda dəhşətə gətirən hadisə - Baku TV

Hadisə
25 sentyabr 2026 513 baxış
Seçilmişlər
icon