Pleyeri seçin:

Keçmiş arvadını amansızlıqla qətlə yetirdi | Qandonduran hadisənin təfərrüatı

18 sentyabr 2024 156 baxış

2023-cü il oktyabrın 26-sı saat 19:00 radələrində Tərtər rayon sakini Zamiq Tanrıverdiyev 35-ci polis bölməsinə könüllü gələrək keçmiş arvadını öldürməsi haqqında məlumat verib.

Hadisə İnqilab İsmayılov küçəsi, 15 ünvanında yerləşən gözəllik salonlarından birində baş verib. Hadisə yerindən çoxlu sayda qan ləkələri və bir ədəd qara dəstəkli bıçaq aşkar olunub.

Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Pərvanə Məhərrəmovanın ölümünə ağciyərin zədələnməsindən baş vermiş kəskin qanitirmə səbəb olub. Qanında narkotik maddələr və etil spirti aşkar edilməyib.

İstintaqla müəyyən edilib ki, Z.Tanrıverdiyev 2023-cü il oktyabrın 26-sı saat 18:30-da keçmiş arvadı Pərvanə Məhərrəmovanın dırnaq ustası işlədiyi gözəllik salonuna gəlib. Pərvanə Məhərrəmovanı yanına çağıraraq yüngül həyat tərzinə son qoymasını bildirdikdə qadın ona “get işinlə məşğul ol, öz həyatımdır, özüm bilərəm” deyib. Buna görə qisas niyyəti ilə gödəkçəsinin cibindən məişət təyinatlı bıçağı sağ əli ilə çıxarıb, müstəsna dərəcədə qəddarlıqla Pərvanə Məhərrəmovanın bədəninin müxtəlif nahiyələrinə ümumlikdə 25 dəfə zərbə endirib. Bu hərəkəti ilə Zamiq Tanrıverdiyev zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürüb.

Zamiq Tanrıverdiyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilib.

87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

Hadisə
21 dekabr 2025 156 baxış
“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

Hadisə
21 dekabr 2025 156 baxış
Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Hadisə
21 dekabr 2025 156 baxış
Dərmanların qanunsuz keçirilməsinin qarşısı alındı | Balakən Gömrük İdarəsində əməliyyat - Baku TV

Dərmanların qanunsuz keçirilməsinin qarşısı alındı | Balakən Gömrük İdarəsində əməliyyat - Baku TV

Hadisə
21 dekabr 2025 156 baxış
Naxçıvan hava limanında sərnişinlərin əşyalarını oğurlayan şəxslər ifşa olundu - Baku TV

Naxçıvan hava limanında sərnişinlərin əşyalarını oğurlayan şəxslər ifşa olundu - Baku TV

Hadisə
21 dekabr 2025 156 baxış
FHN Maştağada baş verən yanğını nəzarətə aldı - Baku TV

FHN Maştağada baş verən yanğını nəzarətə aldı - Baku TV

Hadisə
21 dekabr 2025 156 baxış
Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV

Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV

Hadisə
21 dekabr 2025 156 baxış
Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV CANLI

Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV CANLI

Hadisə
21 dekabr 2025 156 baxış
Sumqayıtda dəhşətli hadisə | Sürücü hər şeyi anbaan danışdı - Baku TV

Sumqayıtda dəhşətli hadisə | Sürücü hər şeyi anbaan danışdı - Baku TV

Hadisə
20 dekabr 2025 156 baxış
Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Hadisə
20 dekabr 2025 156 baxış
Seçilmişlər
icon