Pleyeri seçin:

Keçmiş şöbə müdiri həbs olundu | Polislərə özünü deputat kimi göstərsə də…

23 avqust 2024 629 baxış

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə həbs edilib.

“Qaynarinfo” xəbər verir ki, Xaliq Əhmədzadə (Hacı Xaliq Bəşər) İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və məhkəmənin qərarı ilə 30 gün müddətində həbs olunub.

Hacı Xaliq Bəşər idarə etdiyi "Toyota Prado" markalı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılıb. Yol polisi avtomobilin 9707 manat cərimə borcu olduğunu və duracağa aparılacağını bildirib. O, YPX əməkdaşlarına cərimələrdən xəbərsiz və onların qanunsuz olduğunu, məhkəməyə müraciət edərək sildirəcəyini deyib.

YPX əməkdaşları avtomobili duracağa aparmalı olduqlarını təkid ediblər. Hacı Xaliq hüquq elmləri doktoru, beynəlxalq elm və mədəniyyət mərkəzinin sədri, müstəqil hüquqşünaslar liqasının sədri və hüquq müdafiəçisi olduğunu, həmçinin 2005-2010-cu illərdə deputat olduğunu deyərək YPX əməkdaşlarının rəhbərliyi ilə əlaqə saxlamaq istəyib.

Yol polisləri dəfələrlə sürücüyə sənədlərini təqdim etməsini bildirsələr də, sonuncu özünü Milli Məclisin deputatı Azay Quliyev kimi təqdim edərək onlara tabesizlik göstərib. Nəticədə müxtəlif bəhanələrlə iki saat müddətində YPX əməkdaşlarının xidməti fəaliyyətini pozub. Nəhayət, güclü yağış başladıqdan sonra Hacı Xaliq Bəşərin avtomobili YPX əməkdaşlarının müşayiəti ilə Quba Rayon Polis Şöbəsinin duracağına yerləşdirilib.

Aparılan araşdırma zamanı Hacı Xaliq Bəşərin "Toyota Prado" markalı avtomobili sürmək üçün etibarnaməsinin olmadığı və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırıldığı məlum olub.

Qeyd edək ki, 2017-ci ilin avqust ayında Xaliq Bəşər dələduzluqda ittiham edilərək həbs edilmişdi.

Mingəçevirdə yaşlı qadın qəfil dünyasını dəyişdi | Qızı fəryad qopardı - Baku TV

Mingəçevirdə yaşlı qadın qəfil dünyasını dəyişdi | Qızı fəryad qopardı - Baku TV

Hadisə
03 aprel 2026 629 baxış
“Faciəvi hadisə oldu” | Sakinlər dəhşət içində qalıb | “Adam qorxur buradan keçməyə” - Baku TV

“Faciəvi hadisə oldu” | Sakinlər dəhşət içində qalıb | “Adam qorxur buradan keçməyə” - Baku TV

Hadisə
03 aprel 2026 629 baxış
Bakıdakı dəhşətli qətlin pərdəarxası | Ərinin qətlində ittiham olunan qadın barədə qərar - Baku TV

Bakıdakı dəhşətli qətlin pərdəarxası | Ərinin qətlində ittiham olunan qadın barədə qərar - Baku TV

Hadisə
03 aprel 2026 629 baxış
Zabratdakı qətllə bağlı məhkəmə nə qərar verdi? - Baku TV

Zabratdakı qətllə bağlı məhkəmə nə qərar verdi? - Baku TV

Hadisə
03 aprel 2026 629 baxış
"Bunun zərərini kim ödəməlidir?" - Mingəçevirdəki hadisə obyektlərə böyük ziyan vurdu - Baku TV

"Bunun zərərini kim ödəməlidir?" - Mingəçevirdəki hadisə obyektlərə böyük ziyan vurdu - Baku TV

Hadisə
02 aprel 2026 629 baxış
Ailənin 6 övladı dəhşət yaşadı | "Ağızları açılırdı, meyitlərini verdilər mənə..." - Baku TV

Ailənin 6 övladı dəhşət yaşadı | "Ağızları açılırdı, meyitlərini verdilər mənə..." - Baku TV

Hadisə
02 aprel 2026 629 baxış
"Necə oldusa, yazıq..." | Cəlilabadda dəhşət yaşandı | Kişi faciəvi şəkildə can verdi - Baku TV

"Necə oldusa, yazıq..." | Cəlilabadda dəhşət yaşandı | Kişi faciəvi şəkildə can verdi - Baku TV

Hadisə
02 aprel 2026 629 baxış
"23 bıçaq izi var, əl-ayağını..." | Tükürpərdən olay: 18 yaşlı oğlan ata-anasını bıçaqladı - Baku TV

"23 bıçaq izi var, əl-ayağını..." | Tükürpərdən olay: 18 yaşlı oğlan ata-anasını bıçaqladı - Baku TV

Hadisə
02 aprel 2026 629 baxış
Salyanda 2 ay əvvəl itkin düşmüş şəxsin meyiti tapıldı - Baku TV

Salyanda 2 ay əvvəl itkin düşmüş şəxsin meyiti tapıldı - Baku TV

Hadisə
02 aprel 2026 629 baxış
Ağdərədə partlayış: Kənd sakini minaya düşdü - Baku TV

Ağdərədə partlayış: Kənd sakini minaya düşdü - Baku TV

Hadisə
02 aprel 2026 629 baxış
Seçilmişlər
icon