“Faciəvi hadisə oldu” | Sakinlər dəhşət içində qalıb | “Adam qorxur buradan keçməyə” - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 29-da yağan leysan yağışlar Quba rayonu ərazisində bir sıra ciddi fəsadlara səbəb olub.
Rayonun Xanəgah kəndində Cağacıq çayına gələn sel suları körpünü yararsız vəziyyətə salıb. Nəticədə, kəndin bir hissəsi ilə əlaqə tamamilə kəsilib.
Kənd sakinlərindən biri baş verən faciəni belə ifadə edib:
“Mənim balalarımı su apardı – bir qız, bir oğlan. Bu hadisə mənim başıma gəlib, arzulamıram ki, başqa bir ana da bunu yaşasın. Bizə körpü lazımdır”.
Digər sakin isə bildirib:
“Bu, ilk dəfə deyil. İki məktəbli uşaq faciəli şəkildə sel sularına düşərək həyatını itirib. Xahiş edirik ki, aidiyyəti qurumlar bizi nəzərə alsın. Belə olmaz. Heç olmasa, o tərəfdə də keçid qoyulmalıdır ki, su rahat axıb keçsin. Bu su buraya sığmır. Avtomobil yolu tamamilə bağlanıb”.
#Quba teqi istifadə olunub
- “Əvvəl keçirdi, indi evlərimizə kimi girir!” | Sakinlər niyə acınacaqlı halda qalıb? - Baku TV
- “Məktəbdə deyirlər ki, dərs keçə bilmərik” | 11 yaşlı qız niyə təhsildən kənarda qalıb? - Baku TV
- Qubada dəhşətli hadisə | Həyatını itirən kişinin qardaşı hər şeyi danışdı - Baku TV
- "8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV
- Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV
