Hadisə
Pleyeri seçin:
Kənd sakini hər şeyi danışdı | Şəkidə kişi bədbəxt hadisənin qurbanı oldu
Şəkidə 51 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub.
Hadisə rayonun Baş Göynük kəndində baş verib.
Kənd sakini 51 yaşlı Nəzər Orucov qonşusunun evinin damını təmir edərkən yıxılıb.
Qonşuların sözlərinə görə, Nəzər Orucov köhnə tikilinin damında təmir işləri aparırdı. Elə həmin vaxt müvazinətini itirərək yıxılıb.
Nəzər Orucov Şəki Rayon Mərkəzi Xəstəxanasına yərləşdirildikdən bir neçə saat sonra orada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
Seçilmişlər