Pleyeri seçin:

Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

18 may 2024 422 baxış

Bakıda vətəndaşı aldadaraq dələduzluq yolu ilə külli miqdarda zərər vurmaqda təqsirləndirilən Asif Əsədullazadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.

İttiham aktında göstərilib ki, təqsirləndirilən Asif Əsədullazadə zərərçəkmiş Vüqar Məmmədovun etibarından sui-istifadə edərək onu özünün cəmiyyətdə yüksək nüfuza və geniş əlaqələrə malik şəxs olmasına inandırıb.

Bildirib ki, guya müxtəlif dövlət orqanlarında işləyən yüksək vəzifəli tanışlarının köməkliyi və məhkəmələrdə olan əlaqələrindən istifadə edərək zərərçəkmişin əmisi Əliyar Məmmədov barəsində Cinayət Məcəlləsinin 311.3.2 - rüşvət alma təkrar törədildikdə maddəsi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbirini müsbət həll edəcəyi barədə yalan vəd verib.

Beləliklə, Asif Əsədullazadə zərəçəkmişə qarşı 205 min manat maddi ziyan vurub. Bununla da Asif Əsədullazadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2 - külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, təqsirləndirilən Asif Əsədullazadə Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq sədri, mərhum hakim Mahmud Nəbiyevin yaxın tanışı olduğunu bildirərək zərərçəkmişi aldadıb.

Bakıda avtomobil yoldan çıxaraq parka girdi - Baku TV

Bakıda avtomobil yoldan çıxaraq parka girdi - Baku TV

Hadisə
23 dekabr 2025 422 baxış
Göyçayda dəhşətli yanğın | Zərərçəkən sakinlər fəryad etdi - Baku TV

Göyçayda dəhşətli yanğın | Zərərçəkən sakinlər fəryad etdi - Baku TV

Hadisə
23 dekabr 2025 422 baxış
Xətaidə dəhşətli ailə faciəsi | İki nəfər dəm qazından boğularaq həyatını itirdi - Baku TV CANLI

Xətaidə dəhşətli ailə faciəsi | İki nəfər dəm qazından boğularaq həyatını itirdi - Baku TV CANLI

Hadisə
22 dekabr 2025 422 baxış
"Yazığın evi var idi ki?!" | Bakıda yeniyetmə bacı-qardaşın dəhşətə gətirən sonu - Baku TV

"Yazığın evi var idi ki?!" | Bakıda yeniyetmə bacı-qardaşın dəhşətə gətirən sonu - Baku TV

Hadisə
22 dekabr 2025 422 baxış
"Kişini niyə çıxarmadığını soruşdum, yalan dedi ki..." | Müəmmalı yanğın faciə ilə bitdi - Baku TV

"Kişini niyə çıxarmadığını soruşdum, yalan dedi ki..." | Müəmmalı yanğın faciə ilə bitdi - Baku TV

Hadisə
22 dekabr 2025 422 baxış
87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

Hadisə
21 dekabr 2025 422 baxış
“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

Hadisə
21 dekabr 2025 422 baxış
Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Hadisə
21 dekabr 2025 422 baxış
Dərmanların qanunsuz keçirilməsinin qarşısı alındı | Balakən Gömrük İdarəsində əməliyyat - Baku TV

Dərmanların qanunsuz keçirilməsinin qarşısı alındı | Balakən Gömrük İdarəsində əməliyyat - Baku TV

Hadisə
21 dekabr 2025 422 baxış
Naxçıvan hava limanında sərnişinlərin əşyalarını oğurlayan şəxslər ifşa olundu - Baku TV

Naxçıvan hava limanında sərnişinlərin əşyalarını oğurlayan şəxslər ifşa olundu - Baku TV

Hadisə
21 dekabr 2025 422 baxış
Seçilmişlər
icon