Pleyeri seçin:

Kuryer "bariqa" saxlanıldı | Polisdən Bakıda əməliyyat

25 dekabr 2023 556 baxış

Narkotik maddələrin taksi və kuryer xidmətləri adı altında qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat zamanı kuryer xidmətlərindən birinin işçisi, paytaxt sakini Elvin Mustafayev narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb.

Onun üzərindən və idarə etdiyi motosikletdən 5 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı paytaxt ərazisində taksi fəaliyyəti ilə məşğul olan Suraxanı rayon sakini Rəşad Salmanov da saxlanılıb. Onun üzərindən və Bülbülə qəsəbəsindəki mənzilindən 21 kiloqram, o cümlədən 15 kiloqram heroin, 3 kiloqram metamfetamin, 3 kiloqram marixuana və narkotiklərin satışı zamanı istifadə etdiyi plastik kart aşkar edilib.

E.Mustafayev və R.Salmanov onlardan aşkar olunan narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Qaradağ və Binəqədi rayonları ərazilərində gizlədilən yerlərdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Banner
"Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV

"Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV

Hadisə
23 oktyabr 2026 556 baxış
Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV

Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV

Hadisə
23 oktyabr 2026 556 baxış
Bakı, Gəncə və Sumqayıtda keçirilən tədbirlər zamanı yeddi nəfər saxlanıldı - Baku TV CANLI

Bakı, Gəncə və Sumqayıtda keçirilən tədbirlər zamanı yeddi nəfər saxlanıldı - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 556 baxış
Quba Olimpiya İdman Kompleksinin direktoru və mühasibi həbs edildi - Baku TV

Quba Olimpiya İdman Kompleksinin direktoru və mühasibi həbs edildi - Baku TV

Hadisə
23 oktyabr 2026 556 baxış
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV

Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV

Hadisə
23 oktyabr 2026 556 baxış
Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT

Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT

Hadisə
22 oktyabr 2026 556 baxış
Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV

Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV

Hadisə
22 oktyabr 2026 556 baxış
Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Hadisə
22 oktyabr 2026 556 baxış
Faktla bağlı araşdırma aparılır

Faktla bağlı araşdırma aparılır

Hadisə
22 oktyabr 2026 556 baxış
"Dedik, bəlkə, dükana tərəf gedib…" | Diqqətsizlik dəhşət yaşatdı - Azyaşlı kanalda həyatını itirdi

"Dedik, bəlkə, dükana tərəf gedib…" | Diqqətsizlik dəhşət yaşatdı - Azyaşlı kanalda həyatını itirdi

Hadisə
22 oktyabr 2026 556 baxış
Seçilmişlər
icon