Lənkəranda ağır qəzanın baş verdiyi yerdən dəhşətli görüntülər
Lənkəranda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb. Hadisə rayonun Şovu kəndində qeydə alınıb.
22 yaşlı Murad Mirzəzadənin idarə etdiyi “VAZ-2106” markalı maşın Eldəniz Əmrəyevin idarə etdiyi “Reno” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü və digər avtomobildə olan sərnişinlər – 7 yaşlı Xədicə Məmmədli, 12 yaşlı Fatimə Əmrəzadə, 17 yaşlı Elza Əmrəzadə və 17 yaşlı Şəlalə Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub", – məlumatda qeyd olunub.
Bildirilib ki, hazırda pasiyentlərin müalicələri tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
site.tag_news
- Sakinlər öz evlərinə görün necə girməli olurlar | “Qonşu buranı tutub, 7 ildir deyirlər ki...”
- Lənkəran sakini həkim səhlənkarlığı nəticəsində ölüb?
- Yayda toz-torpaq, qışda palçıq | Kənd camaatını bezdirən yol problemi
- Lənkəranda 39 yaşlı kişini elektrik cərəyanı vurdu | Onun vəziyyəti ağırdır
- “Uşaqları tək buraxmağa qorxuruq, hər il burada...” | Sakinləri vahiməyə salan ərazi
