Pleyeri seçin:

Linki o atdı, ölkəyə yaydıq | “Tost”un başçılardan biri saxlanıldı, digəri isə…

09 oktyabr 2024 441 baxış

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə sosial şəbəkələrdə onlayn dələduzluq piramidası olan “Tost” platforması vasitəsilə insanların kütləvi şəkildə aldadılaraq pul vəsaitlərinin ələ keçirildiyi barədə daxil olan məlumatlar əsasında əməliyyat-texniki tədbir həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, piramidaya başçılıq edən şəxslərdən biri, 1981-ci il təvəllüdlü Namiq Cabbarzadə saxlanılıb. Digər şəxs, 1989-cu il təvəllüdlü Sahib Hüseynovun isə ölkə hüdudlarından kənarda olduğu müəyyən edildiyindən barəsində axtarış elan olunub.

Müəyyən edilib ki, N.Cabbarzadə və S.Hüseynov “Tost”a yatırım edən şəxslərə guya onların pul vəsaitləri hesabına süni intellekt vasitəsilə elektron birjada kriptovalyuta alqı-satqısı həyata keçirildiyini və nəticədə yüksəkfaizli qazanc əldə edəcəkləri barədə şirnikləndirici vədlər veriblər.

Piramidaya daxil olan şəxslərdə inam yaratmaq və digərlərini də bu platformaya cəlb etmək məqsədilə ilk dövrlərdə zərərçəkənlərə kiçik, simvolik məbləğlərdə pullar əldə etmək üçün şərait yaradılıb, faizlərin vaxtında ödənildiyi, eləcə də özlərinin “Tost”dan qazandıqları gəlirlər hesabına lüks həyat tərzi keçirdikləri barədə reklam xarakterli paylaşımlar edilib.

Yatırım edən şəxslərin qarşısında qoyulan digər tələb isə onlara göndərilən dələduzluq piramidasının linklərini “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə qruplarda yaymaqdan ibarət olub.

Müxtəlif üsullarla “Tost”a cəlb edilən şəxslərin ödənişləri hesabına N.Cabbarzadə və S.Hüseynov zərərçəkənlərin beş milyon manata yaxın pul vəsaitlərini ələ keçiriblər. Həmin vəsaitlər isə dəstə başçıları tərəfindən kriptovalyuta formasına çevrildikdən sonra elektron pul kisələrinə köçürülüb.

N.Cabbarzadənin ünvanına baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən maddi və elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. N.Cabbarzadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dələduzluq piramidasında iştirak edən digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Torpaq sürüşməsi Qubada yolun bir neçə hissəsində hərəkəti məhdudlaşdırdı - Baku TV

Torpaq sürüşməsi Qubada yolun bir neçə hissəsində hərəkəti məhdudlaşdırdı - Baku TV

Hadisə
15 sentyabr 2026 441 baxış
Türkiyə mediasında yayılan məlumata DİN-dən rəsmi açıqlama - Baku TV

Türkiyə mediasında yayılan məlumata DİN-dən rəsmi açıqlama - Baku TV

Hadisə
15 sentyabr 2026 441 baxış
Xırdalandakı dəhşətli hadisənin detalları | Gənc qız nəyin qurbanı oldu? - Baku TV CANLI

Xırdalandakı dəhşətli hadisənin detalları | Gənc qız nəyin qurbanı oldu? - Baku TV CANLI

Hadisə
15 sentyabr 2026 441 baxış
"Qız ölüb, oğlunu da aparıblar" | Xırdalanda müəmmalı ölüm | Qonşu hadisəni danışdı - Baku TV

"Qız ölüb, oğlunu da aparıblar" | Xırdalanda müəmmalı ölüm | Qonşu hadisəni danışdı - Baku TV

Hadisə
15 sentyabr 2026 441 baxış
DTX tərəfindən saxlanılan Məqsəd Bağırov və Kamran Bilalov nədə ittiham olunur? - Baku TV

DTX tərəfindən saxlanılan Məqsəd Bağırov və Kamran Bilalov nədə ittiham olunur? - Baku TV

Hadisə
15 sentyabr 2026 441 baxış
23 yaşlı tələbənin qətlində ittiham onunan şəxsin məhkəməsi keçirildi - Baku TV

23 yaşlı tələbənin qətlində ittiham onunan şəxsin məhkəməsi keçirildi - Baku TV

Hadisə
15 sentyabr 2026 441 baxış
Kürdəmirdə 7 otaqlı ev yanaraq külə döndü - Baku TV

Kürdəmirdə 7 otaqlı ev yanaraq külə döndü - Baku TV

Hadisə
15 sentyabr 2026 441 baxış
DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI

DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI

Hadisə
14 sentyabr 2026 441 baxış
Vüsal Şilderin qətlində təqsirləndirilən şəxs hakim qarşısına çıxarıldı - Baku TV CANLI

Vüsal Şilderin qətlində təqsirləndirilən şəxs hakim qarşısına çıxarıldı - Baku TV CANLI

Hadisə
14 sentyabr 2026 441 baxış
Anbaan video: 13 il əvvəlki Vüsal Şilder qətli üzrə məhkəmə başladı - Baku TV

Anbaan video: 13 il əvvəlki Vüsal Şilder qətli üzrə məhkəmə başladı - Baku TV

Hadisə
14 sentyabr 2026 441 baxış
Seçilmişlər
icon