“Lotu Quli”nin əsas adamlarından biri qətlə yetirildi | Goranboyda dəhşət
Kriminal aləmdə “Kürd Amo” kimi tanınan Əhməd Ərəbov öldürülüb. Hadisə Goranboy ərazisində baş verib.
“Kürd Amo” qanuni oğru “Lotu Quli”nin əsas tərəfdarlarından biri kimi tanınırdı.
Son illərdə həyatına təhlükə olduğundan Bakıdan uzaqlarda yaşadığı bildirilir. Buna görə də hadisənin kriminal qruplaşmalar arasındakı düşmənçiliklə əlaqəli olduğu ehtimal olunur.
İddilara görə, “Kürd Amo” uzaq qohumu tərəfindən öldürülüb. Belə ki, onun hadisədən bir gün əvvəl Tarzan Salmanov adlı şəxslə əkin sahəsində mübahisələri olub. İyulun 16-da “Kürd Amo” mübahisəni davam etdirmək üçün idarə etdiyi avtomobillə rayonun Veyisli kəndi ərazisində onun qarşısını kəsib. Avtomobildən düşərək ona tərəf irəlilədiyini görən T.Salmanov idarə etdiyi “Ford” markalı avtomobilini “Kürd Amo”nun üzərinə sürərək üstündən keçib. Əhməd Ərəbov yerindəcə vəfat edib. Tarzan Salmanov isə hadisə yerindən qaçsa da, bir neçə saat sonra saxlanılıb.