Maştağa Psixiatriya Xəstəxanasındakı ölümün səbəbi | Prokurorluqdan açıqlama
Ötən il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsində müalicə alan pasiyentin yemək yeyərkən başının arxa hissəsindən şillə vurulması nəticəsində boğularaq ölməsi barədə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, araşdırma zamanı məhkəmə-tibbi ekspertizası və digər laborator müayinələr keçirilib, eləcə də, zəruri prosessual hərəkətlər icra edilib.
Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, şəxsin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub.
Həmçinin ekspertizanın rəyi ilə müəyyən olunub ki, şəxsə şillə ilə vurulması nəticəsində yad cismin tənəffüs yoluna düşməsi inkar olunur.
#Baş Prokurorluq teqi istifadə olunub
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - 24 SAAT
- Dövlət əleyhinə çağırış edənlər qlobal axtarışa verildi - Baku TV
- Azərbaycanda axtarışa verilən Anar Abbasov Rusiyada saxlanılıb - Baku TV CANLI
- Prokurorluğa qəbul müsabiqəsində növbəti mərhələyə keçənlər bəlli olub - Baku TV
