Pleyeri seçin:

Maştağada qandonduran qətlin təfərrüatı | Elə şeylər üzə çıxdı ki...

25 sentyabr 2024 243 baxış

Maştağa qəsəbəsində həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Rəşid Babayevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs məhkəməyə sərbəst ifadə verib.

Maştağa qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Rəşid Babayev həmkəndlisi Roman Əsgərovla hər hansı yaxın bir münasibətinin olmadığını vurğulayaraq hadisəni qorxduğu üçün qəfil törətdiyini deyib.

O, tək yaşadığını bildirərək qeyd edib ki, hadisə baş verən gün mənzilinin qapısı döyülüb, qapını açanda Romanın olduğunu görüb. Bu zaman Roman zorla içəri daxil olub. Romanın onu öldürməyindən qorxan Rəşid mətbəxdən götürdüyü bıçaqla ona zərbə endirib.

Rəşid Babayev ona ağır xəsarət yetirdiyinin fərqinə varmasa da, iki gün sonra Roman Əsgərovun 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişdiyini eşidib.

Məhkəmədə şahid kimi ifadə verən Maştağa sakini Hümbət Baratov hadisənin mühafizəçi çalışdığı parkdan bir qədər aralıda baş verdiyini bildirib. Qətlə yetirilən şəxsin çox vaxt parkda gecələdiyini və səfil həyat sürdüyünü deyib.

Qeyd edək ki, hadisə 2024-cü ilin mayında Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Roman Əsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Roman Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.

31 yaşlı şəxsin dəhşətli əməli | Qeyri-rəsmi münasibət qanla bitdi - Baku TV

31 yaşlı şəxsin dəhşətli əməli | Qeyri-rəsmi münasibət qanla bitdi - Baku TV

Hadisə
04 mart 2026 243 baxış
Sumqayıtda dəhşətə gətirən hadisə | Şahid hər şeyi danışdı - Baku TV

Sumqayıtda dəhşətə gətirən hadisə | Şahid hər şeyi danışdı - Baku TV

Hadisə
03 mart 2026 243 baxış
"Məhlənin yarısına qədər ayaqyalın qaçıb ki..." | 34 yaşlı Yenigülün dəhşətli sonu - Baku TV

"Məhlənin yarısına qədər ayaqyalın qaçıb ki..." | 34 yaşlı Yenigülün dəhşətli sonu - Baku TV

Hadisə
02 mart 2026 243 baxış
Abşeronda avtomobil alışıb yandı

Abşeronda avtomobil alışıb yandı

Hadisə
02 mart 2026 243 baxış
Göygöldə güclü külək | Məktəbin damı yararsız vəziyyətə düşdü - Baku TV

Göygöldə güclü külək | Məktəbin damı yararsız vəziyyətə düşdü - Baku TV

Hadisə
01 mart 2026 243 baxış
Güclü külək Goranboyda fəsadlara səbəb oldu

Güclü külək Goranboyda fəsadlara səbəb oldu

Hadisə
28 fevral 2026 243 baxış
"Guinness"ə düşən azərbaycanlıdan acı xəbər | Ələsgər Həsənzadənin cəsədi aşkarlanıb - Baku TV

"Guinness"ə düşən azərbaycanlıdan acı xəbər | Ələsgər Həsənzadənin cəsədi aşkarlanıb - Baku TV

Hadisə
28 fevral 2026 243 baxış
Abşeronda 12-ci mərtəbədən yıxılan qadının faciəvi sonu - Baku TV

Abşeronda 12-ci mərtəbədən yıxılan qadının faciəvi sonu - Baku TV

Hadisə
28 fevral 2026 243 baxış
Gəncədə güclü külək fəsadlar yaratdı

Gəncədə güclü külək fəsadlar yaratdı

Hadisə
27 fevral 2026 243 baxış
Şamaxıda güclü zəlzələ evləri silkələdi | Sakinlər qorxu içində - Baku TV

Şamaxıda güclü zəlzələ evləri silkələdi | Sakinlər qorxu içində - Baku TV

Hadisə
27 fevral 2026 243 baxış
Seçilmişlər
icon