Hadisə
Pleyeri seçin:
Maştağadakı hadisənin detalları | DİN-dən görüntüləri yayılan xəstə barədə açıqlama
Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən xüsusi təyinatlı tibb müəssisəsində müalicə alan şəxsin xəsarətlər alması ilə bağlı araşdırmalar davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görüləcək.
Kopyalandı
Seçilmişlər