Hadisə
Pleyeri seçin:
Mənim qızımı oğurlayıblar | Qaçırılan qızın atası
Bərdə rayonunda 23 yaşlı qız qaçırılıb. Hadisə rayonun Uğurbəyli kəndində baş verib.
Kənd sakini 23 yaşlı Sevinc Abdullayevanı səhər saatlarında işə gedərkən avtomobil yolunun kənarında kəndlisi 45 yaşlı Fərhad Rzayev evlənmək məqsədilə qaçırıb.
Hadisə ilə bağlı Rayon Polis Şöbəsinə məlumat verilib. Hələ ki qızın yerini müəyyən etmək mümkün olmayıb. Ailəsi zorla aparılan 23 yaşlı Sevincin qaytarılmasını istəyir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, 2001-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Hazırda polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.
Kopyalandı
Seçilmişlər