Hadisə
Pleyeri seçin:
Metroda qatarlar niyə yubandı? | Bakı Metropolitenindən təcili açıqlama
Saat 15:30 radələrində qatar “28 May” stansiyasına daxil olarkən 50-60 yaşları arasındakı kişi sərnişin stansiya yoluna düşüb. Qatarın maşinisti dərhal təcili əyləcləmə edərək dispetçer mərkəzinə məlumat verib.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd olunub ki, normativ tələblərə uyğun olaraq dərhal təmas reysindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti dəvət edilib. Əlavə olaraq aidiyyəti səlahiyyətli strukturlara məlumat verilib:
"Sərnişin qatarın altından çıxarıldıqdan sonra qatar yola salınıb və nəticədə “Bakı Metropoliteni”nin xətlərində 17 dəqiqə yubanma qeydə alınıb. Əfsuslar olsun ki, təcili tibbi yardım xidməti sərnişinin ölüm faktını qeydə alıb".
Kopyalandı
Seçilmişlər