Pleyeri seçin:
Mingəçevirdəki müəmmalı hadisənin təfərrüatı | Kişinin son vəziyyəti açıqlandı
Mingəçevirdə 31 yaşlı kişi məzarlıqda yaralı halda tapılıb.
Hadisə Mingəçevir kənd qəbiristanlığı adlanan məzarlıqda baş verib.
Şəhər sakini Samir Mirzəyevin atasının məzarı yanına gələrək özünə müxtəlif dərəcəli xəsarətlər yetirdiyi bildirilir.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata görə, boyun nahiyəsinin və hər iki saidin kəsilmiş, çapılmış yaraları diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən yaralının vəziyyəti orta ağırdır.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Kopyalandı
#Mingəçevir teqi istifadə olunub
- Mingəçevirdə körpəsini zirzəmiyə atan ana saxlanıldı - Baku TV
- "Qapıdan çağırıblar, hay verməyib" | 63 yaşlı qadın dəhşətli hadisənin qurbanı oldu - Baku TV
- “Oxuyan uşaq idi...” | Mingəçevirdə 17 yaşlı yeniyetmə qətlə yetirildi
- Mingəçevirdə ətraf mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində işlər görüldü
- İşdən çıxarılan məktəb direktoru barədə qalmaqallı xəbər
