Pleyeri seçin:

Narkotik satmaq üçün görün nələr etdilər | DİN-dən əhaliyə xəbərdarlıq

05 avqust 2024 404 baxış

“Instagram” və “Telegram”da yeni kiber üsullardan istifadə olunmaqla narkotiklərin satışını həyata keçirən 148 səhifənin bağlanması təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, son dövrlər müasir texnologiyaların sürətli inkişafı ilə bir sıra cinayətlərin ənənəvi üsullarla deyil, yeni texnoloji vasitələrdən istifadə olunmaqla törədilməsinə rast gəlinir.

Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən transmilli şəbəkələrin cinayətkar fəaliyyətlərini kiberməkana keçirdiyi müşahidə olunmaqdadır.

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən internet resurslarında aparılan araşdırmalar nəticəsində sosial şəbəkələrdə narkotiklərin satışını həyata keçirən bir sıra səhifələr, qruplar və profillər müəyyən edilib.

Qabaqlayıcı tədbirlər nəticəsində xarici ölkələrdən idarə edilən bu tipli 117 “Instagram” səhifəsinin və 31 “Telegram” kanalının bağlanması təmin edilib.

Müəyyən olunub ki, həmin səhifələrin idarəçiləri şəbəkə üzvləri arasında məlumat mübadiləsini artıq gizli kanallar və şifrəli mesajlar göndərməklə həyata keçirirlər. Bu səhifələrə ilkin baxış zamanı hər hansı qeyri-leqal fəaliyyətlə məşğul olunduğuna dair şübhələr yaranmır.

Həmin aktiv profillərin gizli fəaliyyətinin deşifrə olunması məqsədilə Baş İdarənin həyata keçirdiyi sonuncu tədbir zamanı sosial şəbəkə üzərindən narkotiklərin satışını təşkil edən səhifələrin bir neçəsinin adminləri 1986-cı il təvəllüdlü Fəqan Qasımov və 1982-ci il təvəllüdlü Minir Akçurin saxlanılıblar.

Onlardan narkotiklərin satışını həyata keçirdikləri sosial şəbəkə hesablarının şifrələri, mobil nömrələr, xeyli sayda bank kartları, mobil telefon və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanıb. Saxlanılan şəxslər narkotiklərin satışından əldə edilən külli miqdarda pul vəsaitini isə kriptovalyuta və digər elektron pul kisələri vasitəsilə leqallaşdırıblar.

Banner
Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI

Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 404 baxış
Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI

Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 404 baxış
"Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV

"Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV

Hadisə
23 oktyabr 2026 404 baxış
Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV

Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV

Hadisə
23 oktyabr 2026 404 baxış
Bakı, Gəncə və Sumqayıtda keçirilən tədbirlər zamanı yeddi nəfər saxlanıldı - Baku TV CANLI

Bakı, Gəncə və Sumqayıtda keçirilən tədbirlər zamanı yeddi nəfər saxlanıldı - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 404 baxış
Quba Olimpiya İdman Kompleksinin direktoru və mühasibi həbs edildi - Baku TV

Quba Olimpiya İdman Kompleksinin direktoru və mühasibi həbs edildi - Baku TV

Hadisə
23 oktyabr 2026 404 baxış
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV

Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV

Hadisə
23 oktyabr 2026 404 baxış
Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT

Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT

Hadisə
22 oktyabr 2026 404 baxış
Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV

Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV

Hadisə
22 oktyabr 2026 404 baxış
Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Hadisə
22 oktyabr 2026 404 baxış
Seçilmişlər
icon