Nərimanovda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanıldı
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.
Tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Kipçatov tutularaq istintaqa təqdim edilib.
Onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha aid patron darağı aşkar edilib. Ceyhun Kipçatov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.
Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Ceyhun Kipçatov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Qaradağda məktəb direktorunun avtomobilini yandıran kim imiş? - DİN-dən məlumat - Baku TV
- Məktəbli forması ilə bağlı münaqişə yaradan 37 nəfər həbs olundu | DİN-dən açıqlama - Baku TV
- Sürücülərin nəzərinə | Paytaxtın hansı ərazilərində nəqliyyatda dəyişiklik olacaq? - Baku TV CANLI
