Hadisə
Pleyeri seçin:
Nərimanovda mağazanı alov bürüdü | FHN hadisə yerində
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 30 kv.m. olan musiqi alətlərinin satışı mağazasının anbarında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində mağazanın anbar hissəsində 6 kv.m. sahədə musiqi alətləri, 6 p.m. elektrik kabeli və 3 ədəd elektrik açarı yanıb.
Anbarın böyük hissəsi və mağaza yanğından mühafizə olunub.
Kopyalandı
Seçilmişlər