Nəsimi rayonunda yaşıllıqlar məhv edilib | Baş Prokurorluqdan təcili açıqlama
İyun ayında paytaxtın Nəsimi rayonunun M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov və M.Topçubaşov küçələrinin kəsişməsində 198 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 413 min manatdan artıq ziyan vurulub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən ərazilərdə yaşıllıqların məhv edilməsinə dair vətəndaşların müraciəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş materiallar və mediada yayılan məlumatlar əsasında araşdırma aparılıb.
Araşdırmalarla göstərilən ərazidə ümumilikdə 198 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 413 min manatdan artıq ziyan vurulması müəyyən edildiyindən fakta görə Baş Prokurorluqda Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə və vəzifə səlahiyyətlərin sui-istifadə maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
#Nəsimi rayonu teqi istifadə olunub
- Mərdanov qardaşları küçəsində nə baş verir?
- Bakıda maşın yolunu zəbt etdilər, sakinlər özündən çıxdı - Baku TV
- Yeşiklər qıfıllı, zibillər isə küçədə | Zibil qutularını kim və nə üçün qıfıllayıb? - Baku TV
- Bakıda qorxulu mənzərə | “Qopub düşüb, hələ də tədbir görülməyib” - Baku TV
- Rəşid Behbudov küçəsində təhlükəli mənzərə
