Pleyeri seçin:

Onlayn kazino şəbəkəsinə ağır zərbə | Saxlanılanlar var - Baku TV

02 iyun 2026 237 baxış

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) qeyri-qanuni onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib.

Bu barədə DİN-dən məlumat verilib.

Məlumatda bildirilib ki, kiberpolisin bu məqsədlə keçirdiyi sonuncu tədbirlərlə qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər – Səfər Səfərov, Fazil Məmmədov, Riyad Heydərli və Nadir Soltanov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə hüdudlarından kənarda yaradılan onlayn kazino saytlarının Azərbaycan seqmenti üzrə admin panelini idarə ediblər. Bu isə həmin şəxslərə ölkə ərazisində kazino oyunlarını təşkil etməyə imkan yaradıb.

Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan 200-dən artıq bank kartları, mobil nömrələr və s. aşkarlanaraq maddi sübut kimi götürülüb. Qeyd olunan şəxslərə Baş İdarədə ittiham elan edilib və onlar cinayət məsuliyyətinə cəlb olunublar.

Məhkəmənin qərarı ilə S.Səfərov və F.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər iki şəxslə bağlı başlanan cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir.

Torpaq sürüşməsi Qubada yolun bir neçə hissəsində hərəkəti məhdudlaşdırdı - Baku TV

Torpaq sürüşməsi Qubada yolun bir neçə hissəsində hərəkəti məhdudlaşdırdı - Baku TV

Hadisə
15 sentyabr 2026 237 baxış
Türkiyə mediasında yayılan məlumata DİN-dən rəsmi açıqlama - Baku TV

Türkiyə mediasında yayılan məlumata DİN-dən rəsmi açıqlama - Baku TV

Hadisə
15 sentyabr 2026 237 baxış
Xırdalandakı dəhşətli hadisənin detalları | Gənc qız nəyin qurbanı oldu? - Baku TV CANLI

Xırdalandakı dəhşətli hadisənin detalları | Gənc qız nəyin qurbanı oldu? - Baku TV CANLI

Hadisə
15 sentyabr 2026 237 baxış
"Qız ölüb, oğlunu da aparıblar" | Xırdalanda müəmmalı ölüm | Qonşu hadisəni danışdı - Baku TV

"Qız ölüb, oğlunu da aparıblar" | Xırdalanda müəmmalı ölüm | Qonşu hadisəni danışdı - Baku TV

Hadisə
15 sentyabr 2026 237 baxış
DTX tərəfindən saxlanılan Məqsəd Bağırov və Kamran Bilalov nədə ittiham olunur? - Baku TV

DTX tərəfindən saxlanılan Məqsəd Bağırov və Kamran Bilalov nədə ittiham olunur? - Baku TV

Hadisə
15 sentyabr 2026 237 baxış
23 yaşlı tələbənin qətlində ittiham onunan şəxsin məhkəməsi keçirildi - Baku TV

23 yaşlı tələbənin qətlində ittiham onunan şəxsin məhkəməsi keçirildi - Baku TV

Hadisə
15 sentyabr 2026 237 baxış
Kürdəmirdə 7 otaqlı ev yanaraq külə döndü - Baku TV

Kürdəmirdə 7 otaqlı ev yanaraq külə döndü - Baku TV

Hadisə
15 sentyabr 2026 237 baxış
DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI

DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI

Hadisə
14 sentyabr 2026 237 baxış
Vüsal Şilderin qətlində təqsirləndirilən şəxs hakim qarşısına çıxarıldı - Baku TV CANLI

Vüsal Şilderin qətlində təqsirləndirilən şəxs hakim qarşısına çıxarıldı - Baku TV CANLI

Hadisə
14 sentyabr 2026 237 baxış
Anbaan video: 13 il əvvəlki Vüsal Şilder qətli üzrə məhkəmə başladı - Baku TV

Anbaan video: 13 il əvvəlki Vüsal Şilder qətli üzrə məhkəmə başladı - Baku TV

Hadisə
14 sentyabr 2026 237 baxış
Seçilmişlər
icon