Pleyeri seçin:

Övladını qətlə yetirən ana: cinayətin dəhşətli təfərrüatları

14 oktyabr 2023 501 baxış

2022-ci il sentyabrın 10-da Hövsan qəsəbəsi, Bağlar massivində Yusif adlı 10 aylıq oğlan uşağının ölməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

İstintaq qrupu dərhal əraziyə yollanır və hadisənin qeydə alındığı mənzilə baxış zamanı pəncərənin qarşısında plastik qabda üzərində “Hidrogen Peroksid” sözü yazılmış məhlul, yanında isə 250 ml şəffaf qabda süd aşkar edilib. Həmin süddən spesifik qoxu gəlməsi istintaqçıları şübhələndirib. Buna görə də azyaşlı Yusifin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyeva şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb.

İş üzrə dindirilmiş Nərgiz Bağıyeva bildirib ki, 2 nömrəli ümumi orta internat məktəbin V sinifinə qəbul edilib və IX sinifdən sonra təhsilini davam etdirməyib. Hövsan Bağlar massivindəki fərdi evdə anası və bacısı ilə birlikdə yaşayıb.

2021-ci ilin yanvarında Zığ qəsəbəsində yaşayan Ziya adlı avtomobil ustası ilə tanış olub. Həmin il ondan hamilə qalıb. Uşaq anadan olmazdan əvvəl o, həmin şəxsdən ayrılıb.

Noyabrın 19-da nikahdan kənar oğlu dünyaya gəlib. Anası Leyla əvvəllər Yusif adı verilmiş körpəni görmək istəməsə də, son vaxtlar uşağa öyrəşib. Hətta 10 aylığına qədər uşağa Leyla Bağıyeva baxıb.

Nərgiz isə övladına baxmaqdan bezib. Çünki özünə, eləcə də yenicə tanış olduğu Xəlillə görüşməyə vaxt ayıra bilmirdi. Yusifi aparıb uşaq evinə qoymaq istəsə də, anası buna razılıq verməyib və özünün ona baxacağını deyib.

Hadisə günü evdə heç kim olmayıb. Həmin vaxt uşağı öldürmək qərarına gəlib. Əvvəlcə südünə “Hidrogen Peroksid” məhlulu qataraq uşağa içizdirib. Sonra marketə gedərək yeni süd alıb və geri qayıdıb. İçəri girəndə Yusifin kürəyi üstə qaldığını və ağladığını görüb. Ağzından köpük gəlsə də, hələ də sağ olub. Səsini kəsmək və ölümünü tezləşdirmək üçün əli ilə uşağın ağız və burnunu tutub və beləcə xüsusi qəddarlıqla 10 aylıq Yusif Bağıyevi qəsdən həyatdan məhrum edib.

Öldüyünə tam əmin olduqdan sonra Yusifi qucağına alaraq Xəlilin dükanına gedib və uşağın halının pisləşdiyini deyib. Daha sonra birlikdə təcili tibbi yardım məntəqəsinə gediblər və orada həkimlər körpənin öldüyünü bildiriblər.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nərgiz Bağıyeva 14 il müddətinə azadlıqdan məhrum olunub.

"İki ay əvvəl işığı, qazı özüm çəkmişdim" | Tərtərdə ər və arvadın ölümü ilə bitən dəhşətli hadisə

"İki ay əvvəl işığı, qazı özüm çəkmişdim" | Tərtərdə ər və arvadın ölümü ilə bitən dəhşətli hadisə

Hadisə
06 avqust 2026 501 baxış
Bakıdakı məşhur ticarət mərkəzində tükürpərdən anlar yaşandı - Baku TV

Bakıdakı məşhur ticarət mərkəzində tükürpərdən anlar yaşandı - Baku TV

Hadisə
06 avqust 2026 501 baxış
Nərimanovda yanğın olan ərazidə son vəziyyət

Nərimanovda yanğın olan ərazidə son vəziyyət

Hadisə
06 avqust 2026 501 baxış
Qubada avtomobillər toqquşdu, 5 nəfər xəsarət aldı

Qubada avtomobillər toqquşdu, 5 nəfər xəsarət aldı

Hadisə
06 avqust 2026 501 baxış
Nərimanovda binada güclü yanğın baş verdi | Əməkdaşımız hadisə yerində - Baku TV

Nərimanovda binada güclü yanğın baş verdi | Əməkdaşımız hadisə yerində - Baku TV

Hadisə
06 avqust 2026 501 baxış
FHN-dən məsciddə baş verən qorxulu yanğınla bağlı vacib məlumat - Baku TV CANLI

FHN-dən məsciddə baş verən qorxulu yanğınla bağlı vacib məlumat - Baku TV CANLI

Hadisə
06 avqust 2026 501 baxış
Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Hadisə
06 avqust 2026 501 baxış
Sürücü yüngül xəsarət alıb

Sürücü yüngül xəsarət alıb

Hadisə
05 avqust 2026 501 baxış
Mingəçevirdə kanal can aldı | Yeniyetmə boğularaq həyatından oldu - Baku TV CANLI

Mingəçevirdə kanal can aldı | Yeniyetmə boğularaq həyatından oldu - Baku TV CANLI

Hadisə
05 avqust 2026 501 baxış
14 yaşlı oğlanın faciəvi sonu | “Yoldaşları yanında olub, orada düşüb...” - Baku TV

14 yaşlı oğlanın faciəvi sonu | “Yoldaşları yanında olub, orada düşüb...” - Baku TV

Hadisə
05 avqust 2026 501 baxış
Seçilmişlər
icon