Partlayış baş verən qazanxananın son halı | FHN Xətaidən görüntülər yaydı
Bakı şəhəri, Xətai rayonunda fərdi yaşayış evinin qazanxanasında yanğın baş verib. Bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində vətəndaşa məxsus ikimərtəbəli fərdi yaşayış evinə bitişik qazanxanada yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qazanxanada olan kombi aparatı, generator və su çəninin qapaq hissəsi yanıb. Partlayış dalğasının təsirindən qazanxananın dəmir konstruksiyalardan ibarət dam örtüyü deformasiyaya uğrayıb, qarajın jalüz qapısı və həyətin giriş darvazası yerindən çıxıb, evin birinci mərtəbəsində pəncərə şüşələri qırılıb.
Fərdi yaşayış evi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
#Xətai rayonu teqi istifadə olunub
- NZS-də yanğın | Təkər tullantılarının toplandığı sahəni alov bürüdü - Baku TV
- "Sakinlər deyir ki, belə şey olmamışdı" | NZS qəsəbəsindəki yanğından anbaan görüntülər - Baku TV
- Xətai rayonunda yerləşən məktəbdə nələr baş verir? - 24 SAAT
- Asfalt örtüyü çəkdilər, amma xətlər yoxdur | Təhlükəli mənzərənin səbəbi nədir? - Baku TV CANLI
- Qaş düzəldəndə göz çıxardılar? - Asfalt örtüyü dəyişilən yolların xətlənməsi niyə yubanır? - Baku TV
