Hadisə
Pleyeri seçin:

Polisdən əməliyyat 46 nəfər saxlanıldı

19 iyun 2023

Binəqədi rayonunda “Instagram” sosial şəbəkəsində tanış oduğu İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxsdən 3 kiloqram heroin aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib. Tədbir zamanı əvvəllər də narkotiklərin satışını təşkil etdiyi üçün məhkum olunan Rəşad Quliyev saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 3 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar edilib.

Saxlanılan şəxs narkotik vasitəni “Instagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından onlayn yolla satmaq məqsədilə əldə etdiyini və narkokuryerliyə cəlb olunduğunu bildirib. Rəşad Quliyev barəsində İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, Binəqədi rayonunda cari ilin may ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 46 nəfər saxlanılıb. Onların hər biri barəsində araşdırmalar davam etdirilir.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həmçinin qeyd edilən dövr ərzində həyata keçirdikləri təxirəsalınmaz əməliyyatlar zamanı Biləcəri və ətraf ərazilərdə 50-yə yaxın evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov, Binəqədi qəsəbəsində 10-dan çox mənzildə silsilə oğurluq cinayətləri törədən əvvəllər məhkum olunmuş Əlikram Əliyev, əsasən qadınlara qarşı soyğunçuluq edərək zərərçəkənlərin mobil telefonlarını, eləcə də pul vəsaitlərini ələ keçirən Əziz Paşayev, Sadiq Əmrəliyev və sonuncunun tanışı Nofəl Ramazanov da saxlanılaraq istintaqa təqdim ediliblər.

Binəqədi rayonu ərazisində vətəndaş məmnunluğunun təmin edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Tovuzda saxlanılan iki vəkil nədə ittiham olunur? | Detallar açıqlandı

Tovuzda saxlanılan iki vəkil nədə ittiham olunur? | Detallar açıqlandı

Hadisə
28 avqust 2024
Yevlaxda dəhşətli hadisə | 22 yaşlı gəncin meyiti tapıldı

Yevlaxda dəhşətli hadisə | 22 yaşlı gəncin meyiti tapıldı

Hadisə
28 avqust 2024
Qubadlının kəndində yanğın baş verdi | FHN hadisə yerində

Qubadlının kəndində yanğın baş verdi | FHN hadisə yerində

Hadisə
28 avqust 2024
Dövlət qurumları hərəkətə keçdi | Kəlbəcərdə nə baş verir?

Dövlət qurumları hərəkətə keçdi | Kəlbəcərdə nə baş verir?

Hadisə
28 avqust 2024
Xaçmazda tapılan narkotiklər dəhşətə gətirdi | DİN-dən əməliyyat anı

Xaçmazda tapılan narkotiklər dəhşətə gətirdi | DİN-dən əməliyyat anı

Hadisə
28 avqust 2024
Bərdədə 22 yaşlı gənc qətlə yetirildi

Bərdədə 22 yaşlı gənc qətlə yetirildi

Hadisə
28 avqust 2024
Bakıda Dövlət Gömrük Komitəsi əməliyyat keçirdi | Detallar açıqlandı

Bakıda Dövlət Gömrük Komitəsi əməliyyat keçirdi | Detallar açıqlandı

Hadisə
27 avqust 2024
Hərbçi qohumunu qətlə yetirən şəxs hakim qarşısında | Detallar açıqlandı

Hərbçi qohumunu qətlə yetirən şəxs hakim qarşısında | Detallar açıqlandı

Hadisə
27 avqust 2024
Laçında yanğının söndürülmə anı | Hadisə yerindən görüntülər

Laçında yanğının söndürülmə anı | Hadisə yerindən görüntülər

Hadisə
27 avqust 2024
Söz vermişdilər ki, 2 günə ayağa qalxacaq... | Lənkəranda kişinin müəmmalı ölümü

Söz vermişdilər ki, 2 günə ayağa qalxacaq... | Lənkəranda kişinin müəmmalı ölümü

Hadisə
27 avqust 2024
Seçilmişlər
icon