Hadisə
Pleyeri seçin:
Bərdədə 22 yaşlı gənc qətlə yetirildi
Bərdə rayonu ərazisindəki qəbiristanlıqda 22 yaşlı Bəhmən Hüseynov kəsici alətlə qətlə yetirilib.
Hadisə avqustun 27-si saat 21:00 radələrində baş verib.
Xəsarət alan şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı Mirsaleh Hüseynov saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işinin istintaqı aparılır.
Kopyalandı
Seçilmişlər