Pleyeri seçin:

Qaçaqmalçılığa şərait yaradan gömrük işçiləri saxlanıldı

08 avqust 2024 128 baxış

Qaçaqmalçılıq cinayətləri törətmiş ayrı-ayrı şəxslərin və həmin cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində birgə istintaq qrupu yaradılmaqla ibtidai istintaq davam etdirilir.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin birgə məlumatında bildirilib.

İstintaqla Azərbaycan Respublikası vətəndaşları - “Karvan 313” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Telman İbrahimov, həmin MMC-nin direktor müavini olan sabiq gömrük əməkdaşı Arif Rzayev, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov, Şahin Soltanov, Türkiyə Respublikasının vətəndaşı Şener Bilgi və qeyrilərinin 2023-2024-cü illər ərzində 60-dək yük nəqliyyat vasitəsilə ölkə ərazisindən ixrac olunması nəzərdə tutulan, habelə tranzit qaydada İran İslam Respublikasından gətirilən müxtəlif məhsulları gömrük sənədlərinə əsasən bəyan edilib təyinatı üzrə başqa ölkəyə aparılmalı olduqları halda, marşrutdan kənara çıxarılaraq qiymətli metal yükləri ilə əvəzləndikdən sonra Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

Eyni zamanda qeyd edilən qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradılması müqabilində Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov, Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədovun həmin şəxslərdən müxtəlif üsullarla rüşvət almalarına, Tovuz Gömrük İdarəsinin sabiq rəisi Elçin Şabanov və həmin idarənin Qırmızı-Körpü gömrük postunun sabiq rəisi Vasif Abıyevin isə xidməti işi düzgün təşkil etməməklə belə qanunsuz halların baş verməsinə laqeyd münasibət göstərmələrinə, bununla da 1.8 milyon manatdan artıq məbləğdə gömrük ödənişlərinin dövlət büdcəsinə ödəməkdən yayındırılmasına səbəb olmalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Toplanmış ilkin sübutlar əsasında Elmir Məmmədov Cinayət Məcəlləsinin 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), Turab Nəsirov 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), Vasif Abıyev və Elçin Şabanov 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi, Telman İbrahimov, Arif Rzayev, Təvəkgül Bayramov, Şahin Soltanov və Şener Bilgi isə 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.

Turab Nəsirov, Elmir Məmmədov, Telman İbrahimov, Arif Rzayev, Rövşən İbrahimov, Təvəkgül Bayramov və Şahin Soltanov barəsində məhkəmə qərarı əsasında həbs, Vasif Abıyev və Elçin Şabanov barəsində isə polisin nəzarəti altına vermə (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbiri seçilmiş, Şener Bilgi barəsində axtarış elan edilmişdir. Hazırda iş üzrə sözügedən qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bir sıra vəzifəli şəxslərin qaçaqmalçılıq cinayəti ilə bağlı təfərrüatlar məlum olub - Baku TV CANLI

Bir sıra vəzifəli şəxslərin qaçaqmalçılıq cinayəti ilə bağlı təfərrüatlar məlum olub - Baku TV CANLI

Hadisə
23 dekabr 2025 128 baxış
Obyektlərdəki təhlükənin ifşası | FHN-in keçirdiyi monitorinqdə nələr ortaya çıxdı? - Baku TV

Obyektlərdəki təhlükənin ifşası | FHN-in keçirdiyi monitorinqdə nələr ortaya çıxdı? - Baku TV

Hadisə
23 dekabr 2025 128 baxış
"Düşəndə başı dəmir boruya dəydi" - Dəhşət: Şahid 19 yaşlı qızın başına gələnləri danışdı - Baku TV

"Düşəndə başı dəmir boruya dəydi" - Dəhşət: Şahid 19 yaşlı qızın başına gələnləri danışdı - Baku TV

Hadisə
23 dekabr 2025 128 baxış
Bakıda avtomobil yoldan çıxaraq parka girdi - Baku TV

Bakıda avtomobil yoldan çıxaraq parka girdi - Baku TV

Hadisə
23 dekabr 2025 128 baxış
Göyçayda dəhşətli yanğın | Zərərçəkən sakinlər fəryad etdi - Baku TV

Göyçayda dəhşətli yanğın | Zərərçəkən sakinlər fəryad etdi - Baku TV

Hadisə
23 dekabr 2025 128 baxış
Xətaidə dəhşətli ailə faciəsi | İki nəfər dəm qazından boğularaq həyatını itirdi - Baku TV CANLI

Xətaidə dəhşətli ailə faciəsi | İki nəfər dəm qazından boğularaq həyatını itirdi - Baku TV CANLI

Hadisə
22 dekabr 2025 128 baxış
"Yazığın evi var idi ki?!" | Bakıda yeniyetmə bacı-qardaşın dəhşətə gətirən sonu - Baku TV

"Yazığın evi var idi ki?!" | Bakıda yeniyetmə bacı-qardaşın dəhşətə gətirən sonu - Baku TV

Hadisə
22 dekabr 2025 128 baxış
"Kişini niyə çıxarmadığını soruşdum, yalan dedi ki..." | Müəmmalı yanğın faciə ilə bitdi - Baku TV

"Kişini niyə çıxarmadığını soruşdum, yalan dedi ki..." | Müəmmalı yanğın faciə ilə bitdi - Baku TV

Hadisə
22 dekabr 2025 128 baxış
87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

Hadisə
21 dekabr 2025 128 baxış
“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

Hadisə
21 dekabr 2025 128 baxış
Seçilmişlər
icon