Qalmaqallı direktor barədə hansı qərar verildi? | Hadisənin təfərrüatı üzə çıxdı
Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, monitorinq zamanı təlim-tərbiyə prosesi, tədris-pedaqoji və metodiki işin təşkili, eləcə də bir sıra digər müvafiq istiqamətlər üzrə yoxlamalar aparılıb. Monitorinq nəticəsində bir sıra nöqsanlar aşkarlanıb.
Əmək funksiyası üzrə vəzifə öhdəliklərini keyfiyyətsiz yerinə yetirdiyinə görə 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “A” bəndinə əsasən töhmət verilib.
Xatırladaq ki, bir müddət əvvəl 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı iddialar yayılmışdı. İddiaya görə, Afaq Əliyeva məktəbin müəllimi Lalə Şəfaqətovanı keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə vadar edib.
#Bakı Şəhər Təhsil İdarəsi teqi istifadə olunub
- Şagirdin yandırıldığı məktəbdə çəkilişə mane oldular: "Müəllimlərə əvvəldən demişdi ki..." - Baku TV
- "Autizmli uşağını dəfələrlə təhqir edib" | 216 nömrəli məktəbdə nə baş verir?
- Bakı məktəbində baş verən insidentlə bağlı açıqlama - 24 SAAT
- “Dərs keçən də yoxdur” | Bakıdakı bu məktəbdə müəllim niyə çatmır?
- Azyaşlıya qarşı qeyri-etik hərəkətlər olunduğu iddiası | 281 nömrəli məktəbdə nə baş verir?
