Qaradağ polisindən təcili əməliyyat | Detallar məlum oldu
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 33 yaşlı Mirzə Mirzəyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məluamata görə, ondan ümumilikdə 16 kiloqram 145 qram narkotik vasitə olan marixuana aşkarlanıb.
Saxlanılan şəxs narkotikləri “lnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib. M.Mirzəyevin bundan əvvəl də həmin şəxs tərəfindən kuryerliyə cəlb olunaraq paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub.
Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. M.Mirzəyevlə əlbir olan digər şəxslərin də tapılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
#Qaradağ rayonu teqi istifadə olunub
- “Utanıram, gələnlərə qaloş aparırıq” | Sakinləri boğaza yığan problem niyə həll edilmir? - Baku TV
- "Ya sənədi ver, ya da pulumu qaytar" | Vətəndaş aldığı evin sənədsiz olduğunu sonradan bildi
- Lökbatan sakinləri su probleminin illərdir həll olunmamasından narazılıq edir - Baku TV
- Lökbatanda anlaşılmazlıq yaradan yol problemi | Sürücülər təhlükə ilə üz-üzə - Baku TV
- "Səbəbsiz olmayıb ki..." | Bakıda kişi niyə qəsdən qonşusunun üzərindən maşınla keçdi? - Baku TV
