Qəbiristanlıqdakı qətlin detalları | Avropa çempionunu öldürən şəxslə bağlı hansı qərar verildi?
2020-ci il fevralın 1-də Şamaxıda Orxan Hacıyev həmyaşıdı Ruslan Surxayevi bıçaqlayaraq qətlə yetirib.
Hadisə Yeddi günbəz qəbiristanlığında baş verib. Belə ki, sərbəst güləş üzrə dəfələrlə Azərbaycan və Avropa çempionu olmuş Ruslan Surxayev həmyerlisi Orxan Hacıyevdən mütəmadi olaraq hədə-qorxu ilə pul tələb edib, onu dəfələrlə alçaldıb və döyüb.
Elə qətldən əvvəl – yanvar ayında da Ruslan müxtəlif bəhanələrlə O.Hacıyevdən 100-200 manat alıb.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Ruslan Surxayev onu dəfələrlə çay evlərində görüşə çağırıb, yanında tanımadığı şəxslərlə birlikdə təhqir edib, hətta bıçaqla qorxudaraq üzünə çapıq atacağı ilə hədələyib. Orxan da hər dəfə tanışlarından borc alaraq tələb olunan məbləği ödəməyə məcbur olub.
Fevralın 1-nə keçən gecə Ruslan onu evinin qarşısından götürərək qəbiristanlığa aparıb, yenidən pul tələb edib və yumruq zərbələri endirib. Orxan bu dəfə üzərində olan bıçağı çıxarıb və bir neçə zərbə vuraraq Ruslanı öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi Orxan Hacıyevin əməlini əvvəlcə qəsdən adam öldürmə kimi qiymətləndirib. Lakin sonradan hadisənin affekt vəziyyətində – təhqir və zorakılıq fonunda baş verdiyi müəyyən edilib.
O.Hacıyev Cinayət Məcəlləsinin zəruri müdafiə həddini aşmaqla adam öldürmə maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə bu müddəti çəkdiyindən Orxan Hacıyev məhkəmə zalından azadlığa buraxılıb.
#Şamaxı teqi istifadə olunub
- Şamaxının Pirqulu qəsəbəsindən payız mənzərəsi
- SOCAR-da Şamaxı-Qobustan ərazisi üzrə tədqiqat proqramının nəticələrinin təqdimatı oldu
- "Palçıq evin içinə girib, belə yol olar?!" | Mərkəzi küçə niyə bu halda qalıb?
- "Gördüm ki, ikinci mərtəbə yanır" | Şamaxıda yaşayış evində güclü yanğın
- Çuxuryurdda payız mənzərəsi
