Pleyeri seçin:

Qəzanın baş verməməsi üçün sürücülər nələrə diqqət etməlidir? - Baku TV

11 dekabr 2025 460 baxış

Dekabrın 8-də Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Yağışlı hava şəraitində yük maşınının sürücüsü avtomobilin idarəetməsini itirərək, qarşıdan gələn minik maşınına çırpılıb.

Hadisə nəticəsində minik maşınının sürücüsü və avtomobildə olan 1 sərnişin həyatını itirib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Son dövrlərdə yollarda bu tip qəzaların sayının artması müşahidə edilir.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, yol şəraiti qəzaya səbəb olan amillərdən biridir. Ekspert Qobuda baş verən qəzanın yük avtomobilinin sürücüsünün qeyri peşəkar olması, yağışlı hava, sürüşkən yol və yüksək sürət həddi ilə əlaqəli olduğunu bildirib.

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev isə asfalt örtüyü yaş olanda sürət həddinin minimuma endirilməli olduğunu vurğulayıb.

O əlavə edib ki, ara məsafəsi normadan artıq saxlanılmalı, avtomobil texniki cəhətdən saz vəziyyətdə idarə edilməli, şinlər mövsümə uyğun olmalıdır:

"Xarici işıq cihazları, şüşə silgəcləri tam işlək vəziyyətdə olmalıdır ki, sürücü rahat və təhlükəsiz şəkildə hərəkət edə bilsin. Həmçinin piyadalar da hava şəraitinin çətin və təhlükəli olduğunu nəzərə alaraq daha ehtiyatlı olmalıdırlar. Unutmaq olmaz ki, asfalt örtüyünün yaş olması qəzaların baş verməsi üçün daha əlverişli şərait yaradır".

Kopyalandı
Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Hadisə
09 avqust 2026 460 baxış
Xətai rayonunda dəhşətli yanğın | FHN qüvvələri hadisə yerində - Baku TV CANLI

Xətai rayonunda dəhşətli yanğın | FHN qüvvələri hadisə yerində - Baku TV CANLI

Hadisə
09 avqust 2026 460 baxış
Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI

Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI

Hadisə
09 avqust 2026 460 baxış
Qalmaqallı prosesin detalları | Səfərbərlik Xidmətinin əməkdaşları nədə ittiham olunurlar? - Baku TV

Qalmaqallı prosesin detalları | Səfərbərlik Xidmətinin əməkdaşları nədə ittiham olunurlar? - Baku TV

Hadisə
09 avqust 2026 460 baxış
Toy mahnısı ilə əməliyyat edən həkimə görə təcili tədbir | Baku TV çəkdi, nazirlik hərəkətə keçdi

Toy mahnısı ilə əməliyyat edən həkimə görə təcili tədbir | Baku TV çəkdi, nazirlik hərəkətə keçdi

Hadisə
08 avqust 2026 460 baxış
Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Hadisə
08 avqust 2026 460 baxış
İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

Hadisə
08 avqust 2026 460 baxış
Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Hadisə
08 avqust 2026 460 baxış
Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Hadisə
08 avqust 2026 460 baxış
Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Hadisə
07 avqust 2026 460 baxış
Seçilmişlər
icon