Pleyeri seçin:

Qız uşaqları onun dərsində ağlayır | Suraxanıdakı məktəbdə nə baş verib?

15 aprel 2025 575 baxış

Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbdə çalışan müəllim Mehman Qurbanlının şagirdlərə qarşı qeyri-etik və zorakı davranışlar sərgilədiyi iddia olunur.

Deyilənlərə görə, müəllim dərs zamanı şagirdləri dəyənəklə döyür, psixoloji təzyiqlər göstərir.

“Dərsi başa düşmədim, o da saçımı yoldu. Axır-əvvəl başa düşəndə saçımı buraxdı”, ‒ deyə məktəbli bildirib.

Məsələ ilə bağlı açıqlama verən Mehman Qurbanlı haqqında deyilənləri inkar edib.

“Müəllimlər mənə şikayət edirdilər ki, uşaqlar dərslərdə özlərini yaxşı aparmırlar, mən də onları tərbiyələndirmişəm. Uşaqları döyməmişəm, sadəcə xətkeşi masanın üzərinə vurmuşam. Uşaq dərsdə özünü yaxşı apara bilmirsə, sinif rəhbəri müəyyən tədbirlər görməlidir”, ‒ deyə o qeyd edib.

Məsələ ilə bağlı 316 nömrəli tam orta məktəbdən bildirilib ki, riyaziyyat müəlliminin dərs prosesini pozan şagirdlərə iradını bildirməsinə dair yayılan səs yazısı ilə əlaqədar araşdırma aparılıb.

Məlum olub ki, müəllimin rəhbərlik etdiyi sinifdə bir neçə şagirdin uyğunsuz davranışı digər pedaqoqları da qane etmir. Araşdırma zamanı müəllimin şagirdlərə fiziki təzyiq göstərmədiyi, digər şagirdlərin təhsil hüququnu pozduqlarına, tədris prosesinə maneçilik törətdiklərinə, dərsə məsuliyyətsiz yanaşdıqlarına görə onları tənbeh etdiyi məlum olub.

Həmin uşaqların valideynləri ilə məktəbdə görüş keçiriləcək. Məktəb rəhbərliyi qeyd olunan sinfə nəzarəti artıracaq. Həmçinin psixoloqun uşaqlarla bağlı dəstəkləyici tədbirlər aparması qərara alınıb.

Banner
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 575 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 575 baxış
Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Hadisə
27 oktyabr 2026 575 baxış
Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Hadisə
27 oktyabr 2026 575 baxış
“Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV

“Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV

Hadisə
27 oktyabr 2026 575 baxış
Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV

Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV

Hadisə
27 oktyabr 2026 575 baxış
Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT

Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT

Hadisə
26 oktyabr 2026 575 baxış
Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV

Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV

Hadisə
26 oktyabr 2026 575 baxış
Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI

Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI

Hadisə
26 oktyabr 2026 575 baxış
Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV

Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV

Hadisə
26 oktyabr 2026 575 baxış
Seçilmişlər
icon