Pleyeri seçin:
Qubada avtobus qəzasında xəsarət alanların vəziyyəti açıqlandı
Avqustun 13-ü səhər saatlarında Qusardan Quba istiqamətində hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb.
Hadisə Quba rayonunun Digah kəndi ərazisində baş verib. Sürücü Ravil Mahmudovun idarə etdiyi “Temsa” markalı avtobus yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub. Xəsarət alan 19 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, avtobusda 22 nəfər olub, ölən yoxdur.
Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralılardan 15-i böyük, 4-ü azyaşlı olub. Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmət göstərilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Kopyalandı
#Quba teqi istifadə olunub
- Qubada dəm qazı müəllimin həyatına son qoydu - Baku TV
- Qubanın Xaltan kəndində yağan qarın görüntüsü
- Quba və Şamaxıya qar yağdı | Maraqlı təbiət mənzərəsi
- "Deyirlər ki, bura mənimdir, bəs yol?!" - Sakinləri boğaza yığan məsələ - Yol zəbt olunub? - Baku TV
- Dəhşətə gətirən mənzərə | “Baku TV”nin çəkilişindən sonra bələdiyyə təcili hərəkətə keçdi - Baku TV
