Pleyeri seçin:
Qubada zəncirvari qəza | Hadisə yerindən görüntülər
Qubada yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Əliqulu Nərimanov və Qələbə küçələrinin kəsişməsində qeydə alınıb.
Məlumata görə, “Mitsubishi” markalı avtomobil Əliqulu Nərimanov küçəsi ilə şəhər mərkəzinə doğru hərəkətdə olarkən KIA markalı avtomobil Qələbə küçəsindən çıxaraq əsas yola qaydalara zidd şəkildə daxil olub. Nəticədə toqquşma baş verib və “Mitsubishi” fırlanaraq yol kənarında dayanan “VAZ-2109” markalı avtomobilə çırpılıb.
Zərbənin təsirindən “Mitsubishi”nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya çatdırılıb.
Hadisəyə səbəb olduğu iddia edilən KIA markalı avtomobilin xanım sürücüsü və sərnişinləri hadisə yerindən qaçıblar.
Əraziyə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Quba teqi istifadə olunub
- "Deyirlər ki, bura mənimdir, bəs yol?!" - Sakinləri boğaza yığan məsələ - Yol zəbt olunub? - Baku TV
- Dəhşətə gətirən mənzərə | “Baku TV”nin çəkilişindən sonra bələdiyyə təcili hərəkətə keçdi - Baku TV
- 20 ildir elektrik dərdi olan kəndin problemi "Baku TV"dən sonra həll olundu
- “Avtoş”luq edib yola pul səpdilər | Qubada toy karvanının təhlükəli “şou”su
- Qubanın Qəçrəş meşəsinin payız mənzərəsi
