Pleyeri seçin:

"Altlarında idim, nə qədər əlləşdimsə..." - Burada yaşayan hamı qorxu içindədir - Baku TV

24 dekabr 2025 602 baxış

Ucar rayonunda sahibsiz itlərin hücumu nəticəsində 61 yaşlı sakin xəsarət alıb.

Hadisə rayonun 28 May küçəsində qeydə alınıb.

Zərərçəkən Rəhman Əsgərov baş verənlərlə bağlı Baku TV-yə açıqlama verib.

Rəhman Əsgərovun sözlərinə görə, yolda hərəkət edərkən dörd sahibsiz it qəfil arxadan ona hücum edib:

“Onlar qollarımdan yapışdılar. Qışqırdım, itlərin altında qaldım. Nə qədər çalışsam da, onlardan qurtula bilmədim. Sonra qonşu gəldi, onu görən kimi qaçdılar. Əlimdən qan axırdı. Məni xəstəxanaya apardılar. Ağrıdan səhərə kimi yata bilməmişəm. Demək olar ki, burada hər gün itlərin hücumuna məruz qalırıq”.

Ucar Şəhər Bələdiyyəsindən bildirilib ki, məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Qurumdan verilən məlumata görə, hadisənin baş verdiyi ərazidə sahibsiz itlər kənarlaşdırılır və yaxın gələcəkdə onlar üçün saxlanc yerlərinin tikilməsi planlaşdırılır.

TƏBİB-dən isə qeyd olunub ki, dekabrın 23-ü saat 10:30 radələrində it dişləməsi səbəbi ilə bir nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“1964-cü il təvəllüdlü pasiyentə bədənin müxtəlif nahiyələrinin didilmiş və cırılmış açıq yaraları diaqnozu qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib, həmçinin quduzluğa qarşı peyvənd olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.

Banner
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 602 baxış
Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Hadisə
03 noyabr 2026 602 baxış
Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Hadisə
03 noyabr 2026 602 baxış
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 602 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 602 baxış
KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 602 baxış
Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Hadisə
03 noyabr 2026 602 baxış
Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Hadisə
02 noyabr 2026 602 baxış
"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

Hadisə
02 noyabr 2026 602 baxış
Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Hadisə
02 noyabr 2026 602 baxış
Seçilmişlər
icon