Pleyeri seçin:
"Bakinski"ni nə gözləyir? - Rusiya polisi azərbaycanlı “qanuni oğru”ların həbsinə başladı
Moskvada qanuni oğru olduğu deyilən və “Vaqif Bakinski” kimi tanınan 59 yaşlı azərbaycanlı Vaqif Süleymanov saxlanılıb.
Onun Rusiyanın müvəqqəti və daimi yaşama qaydalarını pozduğu bildirilir.
“Bakinski” 3 ay ərzində Daxili İşlər Nazirliyinin əcnəbilərin müvəqqəti saxlama mərkəzində qalacaq, ardınca isə Azərbaycana deportasiya olunacaq.
Saxlanılma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşının “siz kriminal avtoritetsiniz?” sualına Vaqif Süleymanov “belə suallara cavab vermirəm” deyib.
Qeyd edək ki, Yekaterinburq olaylarından sonra Rusiyanın hüquq-mühafizə orqanları Orenburqda qanuni oğru kimi tanınan Zaur adlı azərbaycanlını da həbs edib. O, cinayətkar dəstə yaratmaqda ittiham olunur.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR
- “Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM
- İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI
- Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM
- Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV
